DOI: https://doi.org/10.36719/2706-6185/48/149-153
Əfsanə Abdullayeva
Azərbaycan Turizm və Menecment Universiteti
magistrant
https://orcid.org/0009-0009-3447-4021
efsaneabdullayeva572@gmail.com
Sığorta şirkətlərinin portfelinin strukturunun
təhlili və qiymətləndirilməsi
Xülasə
Məqalədə sığorta şirkətlərinin portfelinin strukturunun əvvəlcə ümumi təhlili, sonra isə sığorta şirkətlərinin ayrı-ayrılıqdı təhlili aparılaraq onların müqayisələrindən yekun nəticələr çıxarılmışdır. Tədqiqat prosesində sığorta portfelinin tərkib elementləri, risklərin bölüşdürülməsi, portfelin diverfikasıyası, risk səviyyələrinə uyğun portfelin formaları, sığorta portfelinin maliyyə dayanıqlığı və ödəmə qabiliyyətinə təsiri istiqamətlərində təhlillər aparılmışdır. Bu zaman beynəlxalq təcrübələrlə yanaşı, praktiki tövsiyələrdən də istifadə olunmuşdur. Portfelin effektiv şəkildə idarə olunması, optimallaşdırılması məsələləri ilə bağlı istiqamətlər verilmişdir. Tədqiqat nəticəsində aydın olmuşdur ki, maliyyə sabitliyi və ödəmə qabiliyyətini gücləndirmək baxımından sığorta portfelinin strukturunun düzgün formalaşdırılması mühüm məsələ olub, sığorta bazarının inkişafına təkan verə bilər.
Açar sözlər: sığorta portfeli, maliyyə dayanıqlığı, ödəmə qabiliyyəti, risk səviyyələri, beynəlxalq təcrübə, portfelin diverfikasiyası