DOI: https://doi.org/10.36719/2789-6919/46/26-31
Kəmalə Sofiyeva
Bakı Dövlət Universiteti
tarix üzrə fəlsəfə doktoru
https://orcid.org/0000-0002-4902-5722
kemalesofiyeva@gmail.com
Sinqapurun müsəlman icması haqqında
Xülasə
Məqalə Sinqapurdakı müsəlman icmasının vəziyyətinə həsr olunub. Məqalədə qeyd olunur ki, Sinqapur Respublikasının əhalisi çoxmillətli və çoxkonfessiyalıdır. Sinqapur dünyəvi dövlətdir: heç bir din dövlət dini elan edilə bilməz, bütün qruplar “dözümlülük və təmkin nümayiş etdirməlidir”. Konstitusiya dini etiqad və təbliğat azadlığını və bütün tanınmış dinlərin bərabərliyini elan edir. Lakin dini etiqad azadlığının həyata keçirilməsi ümumi milli maraqlarla ziddiyyət təşkil edə bilməz.
Sinqapur cəmiyyətində müsəlman icması, əsasən malayyalılardan ibarət olan etnik-milli tərkibinə görə nisbətən homojen olan, kompakt azlıq təşkil edir. Bununla belə, etnik-dini malay azlığı ictimai-siyasi sferada mühüm yer tutur. Sinqapurda çoxlu yerli və beynəlxalq islam təşkilatları fəaliyyət göstərir. Dövlət Sinqapur Üləmaları İslam Şurası (Majlis Ugama Islam Singapura – MUIS) vasitəsilə müsəlman icması ilə yarı rəsmi əlaqələr saxlayır. Bu qurum vasitəsilə hakimiyyət müsəlman icmasının fəaliyyətinə nəzarət edir. Ölkədə 75 məscid fəaliyyət göstərir.
Məqalədə, həmçinin, qeyd olunur ki, Sinqapur müsəlmanları dini azlıq olaraq müsəlman və sinqapurlu kimlikləri arasında tarazlığı qoruyaraq, özlərini təmkinli və ehtiyatlı aparmağa çalışırlar.
Açar sözlər: Cənub-Şərqi Asiya, Sinqapur, islam, malayyalı müsəlmanlar, müsəlman icması