https://doi.org/10.36719/2789-6919/43/7-10
Elburus Vəliyev
Naxçıvan Dövlət Universiteti
filologiya üzrə fəlsəfə doktoru
https://orcid.org/0009-0002-1462-305X
elbrusveliyev79@gmail.com
Şəbnəm Əliyeva
Naxçıvan Dövlət Universiteti
dissertant
https://orcid.org/0000-0002-9716-7629
shebnemeliyeva27@gamil.com
Sintaksisə dair bilik, bacarıq və vərdişlər aşılamağın
nəzəri və metodik əsasları
Xülasə
Sintaksis (eləcə də morfologiya) leksika və frazeologiyadan üslubi dəqiqliyinə və ciddi funksionallığına görə də fərqlənir. Belə ki, müxtəlif sintaktik vahidlər və sintaktik fiqurlar nitq sferasında, poetik mühitdə üslubi rəngə boyanır, söz birləşmələri, cümlə tipləri, müxtəlif konstruksiyalar hər hansı bir prosesə məruz qalır, müxtəlif məqsədlər üçün istifadə olunur. Nitq şəraitindən asılı olaraq bədii əsərlərin dilində bir sıra sintaktik hadisələr baş verir.
Bütün sahələrdə olduğu kimi, XIX əsr dilçilikdə, xüsusilə sintaksis sahəsində yeni bir dövr açmışdır. Bu sahədə bir çox mühüm və əhəmiyyətli işlər görülmüşdür. Amma sonrakı dövr tədqiqatlarını araşdırdıqca, çatışmazlıqların hələ də qaldığının şahidi oluruq.
Dilimizin sintaktik quruluşu Azərbaycan türk şifahi nitqinin formalaşması ilə bir vaxtda təşəkkül tapmışdır və daimi inkişafdadır - minilliklər boyu tədricən səlisləşmə, təkmilləşmə yolu ilə irəliləyir. Sintaktik quruluşda baş verən inkişaf və mürəkkəbləşmə xalqımızın təfəkkür zənginliyi ilə bağlıdır.
Məqalənin aktuallığı sintaksisə dair bilik və bacarıqların formalaşdırılması yollarının izahını vermək, müasir linqvistika və didaktika konsepsiyalarının şərhini açıqlamadan ibarətdir. Burada sintaksisdən bilik, bacarıq və vərdişlər aşılamağın konkret məqsəd və vəzifələri, bu sahədə qarşıya qoyulan tələblər bir daha dəqiqləşdirilmiş və bəzi əlavələrlə dərinləşdirilmişdir.
Açar sözlər: Azərbaycan dili, linqvistika, sintaksis, söz birləşməsi, cümlə