DOI: https://doi.org/10.36719/2706-6185/51/94-98
Gülgün Talıbzadə
Şəki rayonu Aşağı Şabalıd kənd ümumi orta məktəb
https://orcid.org/0009-0003-3536-5026
gulgunsarxan1994@gmail.com
Sintaqm xüsusiləşmə kontekstində
Xülasə
Məqalədə sintaqm anlayışı xüsusiləşmə kontekstində araşdırılır və onun nitq prosesindəki semantik-sintaktik funksiyası açıqlanır. Sintaqm yalnız sintaktik vahid deyil, həm də nitqdə fasilə və intonasiya ilə müəyyənləşən semantik-sintaktik bütövdür. Araşdırmada xüsusiləşmiş və xüsusiləşməyən sintaqmlar fərqləndirilir, onların mübtəda, tamamlıq və zərfliyin xüsusiləşməsi əsasında formalaşma yolları nümunələrlə göstərilir. Xüsusiləşmə prosesində intonasiya, pauza, qoşmalar və qoşmalaşmaqda olan sözlərin mühüm rol oynadığı öz əksini tapır. Həmçinin ara sözlər, xitablar və ara cümlələrin də intonasiya vasitəsilə ayrılaraq sintaqm funksiyası daşıdığı qeyd olunur. Müasir Azərbaycan dili materialları və türk dilləri ilə müqayisələr əsasında sintaqmların sintaktik quruluşunun digər dil vahidlərindən fərqli xüsusiyyətlərə malik olduğu müəyyən edilir. Nəticə etibarilə, sintaqmın cümlə daxilində sərhədlərinin sabit olmadığı, məna və kommunikativ məqsəddən asılı olaraq dəyişdiyi vurğulanır. Məqalə sintaqmların müasir dilçilikdə ayrıca kateqoriya kimi öyrənilməsinin nəzəri və praktik əhəmiyyətini əsaslandırır.
Açar sözlər: sintaqm, xüsusiləşmə, intonasiya, fasilə, ritmik qruplar, xitab, ara sözlər