Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

https://doi.org/10.36719/2789-6919/42/144-150

Xədicə Rzazadə

Azərbaycan Tibb Universiteti

tələbə

https://orcid.org/0009-0000-5160-1605

xadicar@mail.ru

 

Sistemli iltihabın kardiomiyositlərə təsirinin ultrastruktur xüsusiyyətləri

 

Xülasə

Bu məqalədə lipopolisakkaridin (endotoksin) miokardda təsiri nəticəsində yaranan dəyişikliklər müzakirə olunur. LPS bir çox toxuma hüceyrələrində, anadangəlmə immun sisteminin hüceyrələri, skelet əzələ hüceyrələri və adipositlərdəki reseptorlarla qarşılıqlı əlaqədə olmaqla bir sıra iltihab vasitəçilərinin hüceyrədaxili transkripsiyasını induksiya edir. Endotoksin həmçinin aterosklerozun, ürək çatışmazlığının və miokardda ciddi dəyişikliklərin irəliləməsinə səbəb olur. Təqdim olunan məqalədə çıxarılan nəticələr eksperimental endotoksemiyaya e.coli lipopolisaxaridinin siçanlara intraperitoneal tətbiqi nəticəsində yaranmışdır və eksperimental qrupların miokard hissələri məhlulda fiksasiya edilmişdir. Araldit-Epon blokları elektron mikroskopiyada qəbul edilmiş ümumi üsullara uyğun olaraq hazırlanmışdır.

       Alınan histoloji preparatlarda miokard hüceyrələri arasında iltihab (ödem) əlamətləri, miokardın polinüvəli neytrofil leykositlərlə infiltrasiya, həmçinin monosit və makrofaqların bolluğu aşkar edilmişdir. Kardiyomiyositlərdə elektron mikroskopiya onların plazmalemması ilə əmələ gələn T borularının əhəmiyyətli dərəcədə genişlənməsini göstərdi. Bundan əlavə, mitoxondrial ziyan qeyd edildi. Alınan nəticələrdən və aparılan tədqiqatlardan aydın olur ki, sepsis zamanı ürək funksiyasının pozulmasına səbəb olan amillərə ürəyin miokardının ödemi, onun interstisial toxumasının immun hüceyrələrlə infiltrasiyası, kardiomiositlərdə mitoxondriyaların zədələnməsi daxildir. Məqalədə histoloji preparatların təsvirləri şəklində miyokardda dəyişikliklər və pozğunluqlar haqqında fikirlər yer alır.

Açar sözlər: lipopolisaxarid, endotoksin, miokard, kardiomiositlər, mitoxondriyalar, miofibrillər, T-boruları


Baxış: 48