Arxiv
QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

DOI: https://doi.org/10.36719/2706-6185/52/22-28

Bircə Bayramova

Bakı Dövlət Universiteti

tarix üzrə fəlsəfə doktoru

https://orcid.org/0009-0002-9427-6333

birjabayramova@bsu.edu.az

Zəhra Mahmudzadə

Bakı Dövlət Universiteti

magistrant

https://orcid.org/0009-0004-7345-2267

zehramahmudzade@mail.ru


Sivilizasiyanın beşiyi niyə çökdü?

 

Xülasə

 

Sivilizasiyanın beşiyi olan Şumer sivilizasiyası eramızdan əvvəl 4000–2000-ci illər arasında çoxlu kəşfləri və bəşər tarixinin inkişafına töhfələri ilə yadda qaldı. Şumerlər suvarma kanalları tikmiş, əkinçilik və memarlıqla məşğul olmuşlar. Nə üçün belə yüksək inkişaf etmiş sivilizasiya – Şumer sivilizasiyası – dağıldı? Şumer sivilizasiyasını hansı səbəblər uçuruma apardı? Bu sualların cavabını axtarmaq məqsədilə müxtəlif mənbələrə müraciət olundu.

Belə ki, bütün alimlər təsdiq edir ki, Şumerlərin yaşadığı ərazi dünyada ilk imperiyanı yaradan Akkad kralı Sarqon tərəfindən işğal olunmuş və Mesopotamiya onun hakimiyyəti altına keçmişdir. Ardıcıl zərbələr öz növbəsində Şumer şəhər-dövlətlərini, eləcə də mədəniyyətlərini zəiflətdi və onları tənəzzülə apardı.

Bu məqalədə sivilizasiyanın beşiyi olan Şumer sivilizasiyasının süqutunun səbəbləri müxtəlif alimlərin məqalə və mənbələrinin təhlili əsasında araşdırılaraq belə nəticəyə gəlinmişdir ki, Şumer sivilizasiyasının süqutu tək bir amillə bağlı deyildi. Həmin amillər ekoloji, siyasi və iqtisadi baxımdan bir-biri ilə əlaqəli idi. Bununla yanaşı, Şumer sivilizasiyasının sona çatmasına gətirib çıxaran nəticələr də araşdırılıb təhlil edilmişdir.

Beləliklə, Şumer sivilizasiyasının süqutu dünya tarixinə çox mühüm dərslər verdi: cəmiyyət nə qədər inkişaf etsə də, onun daxilində həmişə kiçik boşluqlar qalacaqdır.

Açar sözlər: Şumer sivilizasiyası, mixi yazı, suvarma sistemləri, zikkurat, sivilizasiyanın


Baxış: 59