Siyasi elmdə soyqırım anlayışı: soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılmasının siyasi-hüquqi mexanizmləri
Xülasə. Bu məqalədə soyqırım anlayışının siyasi elm baxımından nəzəri və hüquqi əsasları təhlil edilir. Məqalədə 1948-ci il BMT Konvensiyasına əsasən soyqırımın tərifi verilir. Cinayətin əsas elementləri - xüsusi niyyət və qadağan olunmuş əməllər - araşdırılır. Soyqırımın qarşısının alınması və cəzalandırılması üçün beynəlxalq mexanizmlər nəzərdən keçirilir. Tədqiqatda milli məhkəmələrin, beynəlxalq tribunaların, Beynəlxalq Ədalət Məhkəməsinin, Beynəlxalq Cinayət Məhkəməsinin və İNTERPOL-un rolu ətraflı öyrənilir. Həmçinin soyqırımın psixoloji-siyasi ilkin şərtləri - diskriminasiya, qeyri-insaniləşdirmə, nifrət nitqi və inkar - erkən xəbərdarlıq siqnalları kimi müzakirə olunur. Azərbaycanın soyqırımla bağlı milli qanunvericilik təcrübəsi və beynəlxalq öhdəlikləri təhlil edilir. Tədqiqat işində qarşıya qoyulan məqsəd və vəzifələrə nail olmaq üçün fənlərarası yanaşmaya əsaslanan kompleks metodoloji struktur formalaşdırılmışdır. Bu çərçivədə mövzuya sistelmi yanaşma özünü göstərir, proseslər tarixi-müqayisəli araşdırmaya cəlb edilir, normativ hüquqi təhlil həyata keçirilir, beynəlxalq hüquqi sənədlər analiz edilir. Nəticələr göstərir ki, soyqırım xüsusi niyyət tələb edən fərqli beynəlxalq cinayətdir. Onun qarşısının alınması üçün həm beynəlxalq, həm də milli səviyyədə kompleks mexanizmlər yaradılmalıdır.
Açar sözlər: soyqırım, konvensiya, qeyri-insaniləşdirmə, nifrət nitqi, Azərbaycan qanunvericiliyi