Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI: https://doi.org/10.36719/2789-6919/52/20-25

Hörmət Cavadova

Bakı Dövlət Universiteti

fəlsəfə üzrə fəlsəfə doktoru

https://orcid.org/0009-0003-0279-3577

                                                                            cavadova22@mail.ru

 

Siyasi fəallığın demokratik vətəndaş cəmiyyətinin

formalaşmasında rolu

 

Xülasə

 

Məqalədə siyasi fəallıq demokratik rejimlər kontekstində müasir siyasi proseslərin tərkib hissəsi kimi araşdırılır. Onun fərqli xüsusiyyətləri, vətəndaşlar üçün yaratdığı siyasi imkanlar, bəzən vətəndaşlarla hökümət arasında yaranan fikir ayrılığı və bu fikir ayrılığından yarana biləcək mənfi nəticələr təsvir edilir. Qloballaşan dünyada inkişaf etmiş dövlətlərin demokratik prinsiplərə əsaslanan tendensiyasını nəzərə alaraq müasir cəmiyyətlərdə vətəndaşların öz fikirlərini ifadə etmək imkanının əhəmiyyəti müəyyən edilir. Vətəndaş cəmiyyəti, iştirakı, hesabatlılığı və sosial ədaləti təşviq etməklə demokratik idarəetmənin formalaşmasında mühüm rol oynayır. Məqalədə vətəndaş cəmiyyətinin demokratik proseslərdə iştirakının müxtəlif ölçüləri, o cümlədən siyasətin formalaşdırılmasına, ictimai müdafiəyə və vətəndaşların səfərbər olunmasına təsiri araşdırılır. 

Vətəndaş cəmiyyəti ilə demokratik idarəetmə arasındakı münasibət mürəkkəb və çoxşaxəlidir. Bir tərəfdən, vətəndaş cəmiyyəti vətəndaşların iştirakını və ictimai müzakirələri təşviq etməklə demokratikləşmə prosesinə töhfə verir. Digər tərəfdən, o, avtoritar rejimlərin repressiyaları, maliyyələşdirmə məhdudiyyətləri və sektor daxilində parçalanma da daxil olmaqla, ciddi çətinliklərlə üzləşə bilər. Bu məqalənin məqsədi siyasi fəallığın demokratk vətəndaş cəmiyyətinin formalaşmasındakı rolunu araşdırmaq, onun töhfələrini, çətinliklərini və effektivliyini artıra biləcək strategiyaları vurğulamaqdır.

Açar sözlər: demokratiya, vətəndaş iştirakı, fəallıq, siyasi fəallıq, vətəndaş cəmiyyəti

 

 


Baxış: 19