Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/113/153-156

Məhəmməd Məmmədov

Bakı Dövlət Universiteti

magistrant

https://orcid.org/0009-0007-4984-6153

mmammadov870@gmail.com

 

Siyasi plüralizm və çoxpartiyalı demokratiya

 

Xülasə

Demokratiyalar əsasən çoxluğun idarəçiliyinə əsaslanır. Ölkə səviyyəsində hakim demokratiya anlayışının majoritar və ya plüralist oxda irəliləməsi partiya daxilindəki demokratiya anlayışı ilə sıx əlaqədədir. Ölkə və partiya miqyasında həyata keçirilən demokratiya anlayışları müəyyən paralellik nümayiş etdirir. Siyasi partiyaların daxili fəaliyyətinin plüralist demokratiya anlayışından uzaqlaş­ması və oliqarxik quruluş vasitəsilə liderlərin hökmranlığına açıq olması ölkə səviyyəsində demok­ratiya anlayışının majoritar oxda formalaşmasına səbəb olur. Tədqiqatın məqsədi siyasi plüralizm və çoxpartiyalı demokratiyanın təhlilidir.

Açar sözlər: demokratiya, siyasi plüralizm, partiya, çoxpartiyalı demokratiya

 

 


Baxış: 704