DOI: https://doi.org/10.36719/2663-4619/115/286-290
İbrahim Müslümov
Azərbaycan Dövlət Aqrar Universiteti
https://orcid.org/0009-0001-5891-1574
muslumovibrahim4@gmail.com
Şorlaşmış torpaqların ekomeliorativ vəziyyətinin öyrənilməsi
Xülasə
Əhalini ərzaqla təmin etmək üçün kənd təsərrüfatında istifadədən çıxarılan “atılmış torpaqların” yenidən becərilməsi çox vacibdir. Əkin sahələrinin tərk edilmiş kənd təsərrüfatı torpaqlarına çevrilməsi, ilk növbədə, şoranlıqla bağlıdır. Davamlı inkişaf məqsədləri üçün onların mövcud vəziyyətini öyrənmək və şoranlaşmış torpaqların meliorativ vəziyyəti ilə bağlı dünya araşdırmalarını nəzərdən keçirməklə yenidən mənimsənilməsi üçün təkliflərin hazırlanmasına ehtiyac var. Buna görə də bu tədqiqat tərk edilmiş ərazilərin mövcud ekoloji və meliorativ vəziyyətinin öyrənilməsinə həsr edilmişdir. Onların inkişafında dəyişikliklərin təklif olunan istiqamətləri də təqdim olunub. Təsərrüfatların maddi-texniki imkanları ilə yanaşı, tədqiqat obyektinin ekoloji-meliorativ vəziyyəti nəzərə alınmaqla, tədqiqat obyektində tərk edilmiş torpaqların mənimsənilməsinin iki üsulu (orqanik və aqroinnovativ) təklif edilmiş və torpaqların şoranlaşması zamanı onlardan istifadənin elmi zəruriliyi əsaslandırılmışdır. Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Məsələlər Departamentinin materiallarına görə, hər 12–13 ildən bir dünya əhalisi 1 milyard nəfər artır. 2024-cü ildə dünya əhalisinin 8 milyarda çatacağı fərz edilir. Qlobal əhalinin artması nəticəsində dünya əhalisinin 30 %-i qida çatışmazlığından əziyyət çəkir, 800 milyona yaxın insan isə aclıq çəkir.
Açar sözlər: humus, torpağın şoranlaşması, üzvi üsullar, aqroinnovativ texnologiya, atılmış torpaqlar