DOI: https://doi.org/10.36719/2706-6185/47/63-68
Fidan Əliyeva
Bakı Dövlət Universiteti
doktorant
UOT: 316.77
https://orcid.org/0009-0006-0196-9157
fidanaliyevav@unec.edu.az
Sosial medianın ictimai sfera və şəxsi məkan arasındakı sərhədlərə təsiri
Xülasə
Modern texnoloji inqilabının nəticəsi olaraq meydana çıxan sosial media, cəmiyyətə yeni ünsiyyət formaları, şəxsi məkan və ictimai sfera arasında yeni dinamikalar gətirir. Ənənəvi medianın hegemonik şəkildə formalaşdırdığı ictimai sferadan fərqli olaraq, sosial media istifadəçilərə öz fikirlərini azad ifadə etmək və çoxsəviyyəli ünsiyyət qurmaq imkanı yaradır. Lakin, bu yenilik bərabər söhbət imkanı yaratdığı kimi, eyni zamanda “exo otaqları” və kommersial maraqlar kimi problemlərlə də səhnəyə çıxır.
Bu araşdırma sosial medianın ictimai sfera və şəxsi məkan arasındakı sərhədləri necə yenidən formalaşdırdığını, yeni ünsiyyət formalarının ortaya çıxmasını və bu prosesin cəmiyyət üçün təklif etdiyi imkanları və çağırışları araşdırır.
Açar sözlər: sosial media, ictimai sfera, şəxsi məkan, virtuallaşma, şəbəkə cəmiyyəti, eko otaqları