Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

DOI:  https://doi.org/10.36719/2706-6185/50/7-12

Elizə İsmayılova

Bakı Dövlət Universiteti

fəlsəfə üzrə fəlsəfə doktoru

https://orcid.org/0009-0004-9542-446X 

eliza_ismayilova@yahoo.com

 

Sosial xidmət sahəsində qeyri-hökumət təşkilatlarının

fəaliyyət perspektivləri

 

Xülasə

 

Bu gün vətəndaş cəmiyyəti təşkilatlarının istər ölkəmizdə, istərsə də dünyada getdikcə əhəmiy­yət kəsb edən və təsir dairəsini genişləndirən funksiyası var. Vətəndaş cəmiyyəti təşkilatları, qeyri-hökumət təşkilatları və üçüncü sektor kimi müxtəlif adlarla tanınan, müəyyən bir qrupun sosial problemlərinə diqqət yetirən və həll yollarını inkişaf etdirməyə çalışan bu təşkilatlar hər cəmiyyətin milli və regional problemlərinə uyğun formada fəaliyyət funksiyalarına malikdir. Sosial problem­lərə diqqət yetirən və sosial iş və xidməti yerinə yetirən vətəndaş cəmiyyəti təşkilatları sosial rifah dövlətinə nail olmaq üçün çox vacibdir. Eyni zamanda vətəndaş cəmiyyəti təşkilatları ixtisaslaşmış, peşəkar kadrlarla öz məqsədlərinə doğru daha stabil, planlı və dəqiq şəkildə irəliləyə bilir və döv­lətin kifayət qədər diqqət göstərmədiyi sahələrə maraq çəkir. Bununla yanaşı, cəmiyyətin sosial problemlərinin həlli ilə bağlı olan ən vacib elementlərdən biri ixtisaslı və peşəkar mütəxəssislərin ol­masıdır ki, bu da vətəndaş cəmiyyəti təşkilatlarımız üçün əhəmiyyət qazanmışdır. Vətəndaş cəmiyyəti təşkilatları ixtisaslı işçi qüvvəsinə malik olduqda və onları saxladıqda uzunmüddətli və davamlı təşkilati həyata nail ola bilərlər.

Bununla belə, ölkəmizdə QHT-lərə xidmətləri yerinə yetirən peşəkar müəssisələr kimi deyil, asudə vaxtın keçirildiyi məkan və əlavə qazanc yeri kimi baxıldığından, sosial problemlərin doğru-düzgün həlli, təəssüf ki, problem olaraq qalır. QHT-lərin fəaliyyətinə dair aparılan tədqiqatlar sosial işlə sıx bağlıdır. Bu tədqiqat sosial iş və xidmətin yerinə yetirilməsində vətəndaş cəmiyyəti təşkilat­ları arasındakı əlaqəni və onların bu sahədə peşəkarlıq vəziyyətini nəzərdən keçirəcəkdir.

Açar sözlər: sosial xidmət, qeyri-hökumət təşkilatı, ixtisaslaşma, planlama, peşəkarlıq


Baxış: 721