Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI: https://doi.org/10.36719/2789-6919/52/82-88 

Əli Heydərzadəh

Azərbaycan Dövlət İqtisad Universiteti

magistrant

https://orcid.org/0009-0003-4716-0175

heyderzadeali45@gmail.com

 

Start Up və rəqəmsal biznes modellərində strateji

idarəetmə mühasibat uçotu

 

Xülasə

 

Bu məqalədə rəqəmsal transformasiya dövründə strateji idarəetmə uçotunun dəyişən funksiyası araşdırılır. Rəqəmsal texnologiyaların sürətli inkişafı nəticəsində biznes mühitinin köklü şəkildə dəyişdiyi vurğulanır və ənənəvi uçot metodlarının artıq kifayət etmədiyi qeyd olunur. Strateji idarəetmə uçotunun daxili nəzarət və xərc ölçmələrindən kənara çıxaraq biznesin rəqabət qabiliyyətinə, innovasiya potensialına və uzunmüddətli qərarvermə prosesinə birbaşa təsir göstərdiyi bildirilir. Rəqəmsal iqtisadiyyatın uçot məlumatlarının sürətini və həcmini artırdığı qeyd olunur. Big data, süni intellekt, ERP sistemləri və blokçeyn kimi texnologiyalar vasitəsilə müəssisələrə daha dəqiq analiz aparmaq, bazar tendensiyalarını müəyyənləşdirmək və daha çevik strategiyalar formalaşdırmaq imkanı verildiyi göstərilir. Startapların və rəqəmsal biznes modellərinin yüksək rəqabətli mühitdə fəaliyyət göstərdiyi və daha çevik idarəetmə mexanizmlərinə ehtiyac duyduğu üçün bu texnologiyaların tətbiqinin onlar üçün xüsusilə vacib hesab edildiyi vurğulanır. Bununla yanaşı, rəqəmsallaşma prosesində dəyişikliklərə qarşı müqavimətin yarandığı, infrastrukturun çatışmadığı və insan resurslarının hazırlığının yetərli olmadığı kimi problemlərin də meydana çıxdığı qeyd olunur.

Açar sözlər: startaplar, rəqəmsal texnologiyalar, biznes modelləri, strateji idarəetmə, strateji idarəetmə uçotu


Baxış: 19