Arxiv
QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

DOI:  https://doi.org/10.36719/2706-6185/47/242-246

Günel Qafarova

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

Magistrant

https://orcid.org/0009-0000-5937-8540

gunelgaffarzadeh@gmail.com

 

Stiven Spilberqin kino dilində ev və məkan problemi

 

Xülasə

 

Stiven Spilberqin kinematoqrafiyası insana dair ən fundamental ehtiyaclardan biri olan “evdə olmaq”, “evdə hiss etmək” istəyi üzərində qurulan estetik bir axtarışdır. Onun ekran qəhrəmanları tez-tez nə fiziki, nə də mənəvi baxımdan bir evə sahibdirlər. Bu qəhrəmanlar üçün “ev” bəzən itirilmiş bir yaddaşdır, bəzən var olmayan bir gələcəkdir. Bu məqalə rejissorun film irsində “ev” anlayışının necə şəsi travmalarla, kollektiv yaddaşla və sosial-mədəni kimliklə əlaqələndirildiyini araşdırır. Müxtəlif filmlərin analizi göstərir ki, Spilberqin vizual dili müasir insana xas olan “yer tapa bilməmək” hissini estetik forma ilə təqdim etməyə xidmət edir. Qəhrəmanlarının evsizlikləri, bəzən müharibənin, bəzən ailə dağılmasının, bəzən də texnoloji distopiyanın yaratdığı mənəvi və emosional disbalanslar kimi ekranlaşdırılır. Rejissorun şəxsi həyatında yaşadığı köçkünlük, valideynlərinin boşanması və yəhudi kimliyi ilə bağlı qarşılaşdığı çətinliklərin onun kino poetikasında evsizliyin metaforik və simvolik formalarını yaratmışdır. Spilberq üçün “ev” bir yerdən çox, “qəbul olunmaq”, “anlaşılmaq”, “mənsub olmaq” halıdır. Bu isə sadəcə fiziki bir strukturla deyil, duyğularla, münasibətlərlə və yaddaşla qurulan mənəvi bir sistemdir. Nəticə etibarilə, Stiven Spilberqin filmlərindəki məkan təsviri yalnız vizual təxəyyülün məhsulu yox, həm də onun mənsubiyyət, travma və sağalma ilə bağlı suallarına verdiyi bədii cavabdır. Bu məqalə Stiven Spilberqin kino poetikasında məkan anlayışının funksional və simvolik təhlilinə yönəlmişdir.

Açar sözlər: Stiven Spilberq, məkan anlayışı, ev motivi, aidiyyət problemi, mənsubiyyət, yadlıq, evsizlik


Baxış: 50