https://doi.org/10.36719/2789-6919/43/97-100
Vüqar Babayev
Naxçıvan Dövlət Universiteti
magistrant
https://orcid.org/0009-0001-3547-0577
babayevv002@gmail.com
Sualtı ilə üzən üzgüçünün xüsusi psixoloji hazırlığının inkişafı və əhəmiyyəti
Xülasə
Məqalədə sualtı üzgüçülərin xüsusi psixoloji hazırlığının inkişafı və onun əhəmiyyəti araşdırılır. Sualtı mühitdə üzgüçülərin fiziki hazırlığı ilə yanaşı, psixoloji dayanıqlılığı da vacibdir. Məqalə, stressə davamlılıq, diqqət konsentrasiyası, özünənəzarət və sürətli qərarvermə kimi psixoloji faktorların sualtı üzgüçülərin performansına təsirini təhlil edir. Həmçinin, psixoloji hazırlıq metodları, tənəffüs texnikaları, vizualizasiya və meditasiya kimi strategiyaların idmançıların uğuruna necə töhfə verdiyi izah olunur. Tədqiqat nəticələri göstərir ki, düzgün psixoloji hazırlıq sualtı üzgüçülərin dözümlülüyünü artırır və onların yarışlarda daha yüksək nailiyyətlər əldə etməsinə kömək edir.
Açar sözlər: sualtı, üzgüçü, psixoloji, tənəffüs, idmançı