Arxiv
ELMİ TƏDQİQAT - 2026 ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI:  https://doi.org/10.36719/2789-6919/56/89-93

Aqil Orucov

Azərbaycan Tibb Universiteti

biologiya üzrə fəlsəfə doktoru

https://orcid.org/0000-0002-1826-3816

agilo@rambler.ru

Püstə Zeynalzadə

Azərbaycan Tibb Universiteti

magistrant

https://orcid.org/0009-0008-3741-7383

pustezeynalzade@gmail.com

 

Süd vəzisi xərçəngi zaman serum mis, sink səviyyələrinin və

Cu/Zn nisbətinin qiymətləndirilməsi

 

Xülasə

 

Statistik məlumatlara əsasən çağdaş dövrümüzdə süd vəzisi xərçəngi ən geniş yayılmış ikinci onkoloji xəstəlikdir. Biologiya və tibb elmlərinin sürətlə inkişaf etməsinə və bu sahələrdə əldə edilən mühüm elmi-texnoloji nailiyyətlərə baxmayaraq, süd vəzisi xərçəngi hələ də bəşəriyyəti narahat edən problemdir. Bu səbəbdən bu xəstəlik biotibbi tədqiqatların əsas obyektlərindən biridir. Süd vəzisi xərçəngi müxtəlif səbəblərdən meydana çıxır və mikroelement mübadiləsinin pozulmaları ilə müşahidə olunur. Bir sıra tədqiqat işləri və meta-analizlərin nəticələrinə əsasən, bu xəstələrin qan serumunda mis və sink kimi vacib əhəmiyyət kəsb edən mikroelementlərin konsentrasiyasında dəyişikliklər müəyyən etmişdir. Təqdim edilən tədqiqat işinin əsas məqsədi süd vəzisinin bədxassəli şişləri olan xəstələrin mikroelement statusunun öyrənilməsidir. Bu məqsədlə tədqiqat çərçivəsində xəstələrin qan serumu nümunələrində mis və sink elementlərinin miqdarı induktiv birləşmiş plazma kütlə spektrometriyası (ICP-MS) metodundan istifadə edilərək təyin edilmiş və uyğun olaraq mis və sink nisbəti müəyyən edilərək kontrol qrupun müvafiq göstəriciləri ilə müqayisə edilmişdir. Alınan nəticələr xəstəliyin gedişatında diaqnostik, proqnostik və müalicə prosesinin monitorinqində potensial biomarker kimi istifadə oluna biləcəyini vurğulayır.

Açar sözlər: süd vəzisi xərçəngi, mis, sink, Cu/Zn nisbəti

 


Baxış: 9