https://doi.org/10.36719/2789-6919/41/62-68
Orxan Mehmanoğlu
Bakı Biznes Universiteti
magistrant
https://orcid.org/0009-0008-2637-0313
o.eliyev1124@gmail.com
Sufilik – “daxili mən”in stadiyası
Xülasə
Məqalədə sufizm cərəyanının elmi-fəlsəfi və teoloji-sxolastik fonda şərhi həyata keçirilmişdir. Tanrı sevgisinin yaranması və formalaşması zəhmət-sevgi tandemi prizmasından təhlil edilmiş və bəşəriyyətin mövcudluğunun təməl missiyaları üzərindən müqayisəli təhlillər aparılmışdır. İslam alimlərinin sxolastik düşüncə və mülahizələrinin istisnası fonunda aparılan araşdırmalar daha çox texniki və humanitar elmlərin gerçəkliyi prizmasından analiz edilmişdir. Bəşər tarixinin yarandığı dövrdən başlayaraq insanın fərd olaraq mövcudluğu, yaşamının əsas məqsəd və substansiyasının hansı nəsnələri əhatə etməsi, onun inkişaf tarixinin, hətta gələcəyi də daxil olmaqla hansı real gerçəklikləri özündə ehtiva etməsi, onun mövcudluğunu əks etdirən suallar kateqoriyasına aid antinomiyalar pilləsinə aiddir. Bu araşdırmalarda yaranışın ilkin dövrlərindən başlayaraq elm və fəlsəfi cərəyanların müxtəlif kateqoriyaları əsasında analizinə cəhd edilmişdir. Qeyd etmək vacibdir ki, şərti xarakter daşıyan bu təsnifləşdirmələr müxtəlif elm sahələrinin də predmetinə aiddir. “Şərtilik” anlamı burada zəruri bir nüansdır. Çünki bütün gerçək elmi araşdırmaların məntiqi nəticəsi Tanrının mövcudluğu, o cümlədən kainatın və insan varlığının gerçək missiyasını ortaya qoyur. Bu kateqoriyalar ümumiləşdirilmiş formada 2 əsas reform səviyyəsində əks olunmuşdur.
Məqalə fiqh elminin təməl bilgilərini mənə öyrədən böyük ustadım Hüseynxan müəllim İsayevə ithaf olunur.
Açar sözlər: Qurani-Kərim, sufizm, teoloji-sxolastik kontekst, elmi-fəlsəfi kontekst, təhtəlşüur