DOI: https://doi.org/10.36719/2663-4619/114/294-297
Aysel Fərəcova
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
https://orcid.org/0009-0008-2015-8565
aysel.farajova1@gmail.com
Süni intellekt və ekzistensializm: Jean-Paul Sartre və Albert
Camus-nun gözündən avtonom texnologiyalar
Xülasə
İnsanın ekzistensializm ideyasında mütləq hakimiyyəti onu təbiətin əsas komponenti olaraq mövqeyini müəyyənləşdirir. Təqdim olunmuş məqalədə insanın süni intellekti yaratmasının əhəmiyyəti və onun ekzistensializm fəlsəfəsi ilə dərin əlaqəsi araşdırılır. Süni İntellekti (AI) təklif edən varlıq olaraq insan hər şeyin mərkəzindədir. Ekzistensializmin müasir dövrə tətbiqi, süni intellektin və texnologiyanın gətirdiyi məsələlər üzərində düşünməyi təklif edir. Sartre və Camus'nun fəlsəfələri, bu texnoloji inkişafları insanın mövcudiyyətinin və azadlığının daha dərindən anlaşılmasına kömək edə bilər, çünki bu məsələlər insana dair sualları yenidən gündəmə gətirir. Daha geniş fəlsəfi kontekstdən istifadə edərək, bu tədqiqat Jean-Paul Sartre’ın və Albert Camus-nun əsərlərinin süni intellekt və onun insanın mahiyyəti üzərindəki əks-sədasını araşdırır. Məqalə süni intellektin insanın mahiyyətindəki əhəmiyyətini daha ətraflı izah edərək insanın onun yaradılmasındakı roluna diqqət yetirəcək. Eyni zamanda süni intellekt və ekzistensializm anlayışları arasındakı konseptual fərqlər və oxşarlıqlar, iki anlayışın məzmunlarını və elementlərini nəzərə alaraq, ekzistensializm və süni intellekt arasında paralelləri araşdırmaqla Jean-Paul Sartre və Albert Camus-nun gözündən avtonom texnologiyalar problemi şərh ediləcək.
Açar sözlər: ekzistensializm, süni intellekt, fəlsəfi baxışlar, avtonom texnologiyalar, Jean-Paul Sartre, Albert Camus