Arxiv
ELMİ TƏDQİQAT - 2026 ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI: https://doi.org/10.36719/2789-6919/53/137-142

Aynurə Ələkbərova

Bakı Mühəndislik Universiteti

https://orcid.org/0009-0002-5443-1255

 aelekberova@beu.edu.az

 

Süni intellektin potensialı və təhlükələri

 

Xülasə

 

Məqalədə ənənəvi süni intellektdən (Sİ) generativ süni intellektə keçid mərhələləri qısa şəkildə şərh olunur. Generativ Sİ-in insanlara verdiyi bir çox faydalarla yanaşı, onun yaratdığı təhlükələrdən də bəhs olunur. Eləcə də göstərilir ki, Sİ-in  proqnoz­laş­dırma imkanları yaxşılaşdıqca, sərvətin və təsirin bölüşdürülməsi mühakimə key­fiy­yətindən getdikcə daha çox asılı olacaqdır. Yüksək və aşağı ixtisaslı işçilər arasındakı fərqin, işin proqnozlaşdırıcı aspekti ilə müəyyən edildiyi sahələrdə Sİ daha aşağı ixtisaslı işçilərə fayda verəcək, çünki Sİ proqnozlaşdırmaqda insanları əvəz edə bilər. Bu, müəyyən bir sənayedə işçilər arasında əmək məhsuldarlığında fərqləri və buna görə də gəlir bərabərsizliyini hamarlaşdıracaq və zaman keçdikcə aşağı əmək haqqı olan ölkələrdə, hətta daha aşağı bacarıqlara malik olanlar üçün də əmək haqqının artmasına gətirib çıxaracaqdır.

Açar sözlər:  süni intellekt, kompüter, proqram, şəbəkə, proqnozlaşdırma

 


Baxış: 30