Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

https://doi.org/10.36719/2789-6919/43/71-74

Həsən Sağlam

Bakı Türk Anadolu Liseyi

https://orcid.org/0000-0002-5053-839X

hsaglam80@gmail.com

 

Təbiət anti-mədəniyyət: İnsan-Təbiət münasibətlərinin modernizmə əks olunması

 

Xülasə

Məqalədə insan-təbiət əlaqələrinin modernist düşüncədə öz əksini tapmasından bəhs olunur. Müasir dövrümüzdə bu əlaqələr ritualistik funksiyasını itirməsinə baxmayaraq hələ də mədəniyyəti, fəlsəfəni qidalandıran əsas baza rolunu oynamaqdadır. Mifdən dini kanonik mətnlərə yansıyan təbiət-insan əlaqələri intibah dövründə yeni məna qazanmış, daha sonra humanizm ideyasının əsas mahiyyətinə çevrilmişdir. Collingwood, The İdea of Nature adlı əsərinin “Renaissance view” bölməsində, İnduksiya dövründə Avropada təbiətlə bağlı fəlsəfəni belə izah etmişdir: “Kopernik (1473-1543) əsərlərində bu, yunan görüşünə zidd bir baxış olaraq görülmüşdür), Telesio (1508-88) və Bruno (1548-1600) formalaşmağa başlamışdır. Bu qarşıdurmanın mərkəzi məqamı təbiət aləminin, fizika elminin öyrəndiyi dünyanın bir orqanizm olduğunu inkar etmək, onun həm ağıldan, həm də həyatdan məhrum olduğunu iddia etmək idi. Bu fəlsəfi düşüncə panteizm ideyasını formalaşdırmaqla yanaşı modern incəsənətin əsas elementlərindən birinə çevrilmişdir.

XIX əsrdən etibarən incəsənətdə təbiət elementlərinə üstünlük verilmiş, təbiət insan əlaqələri incəsənətin əsasa prioritetlərindən birinə çevrilmişdir.  Modernizmin davamı kimi meydana çıxan postmodernizm təbiətlə insan münasibətlərini daha mistik şəkildə araşdırmağa başlamış, magik realizmin formalaşması insan-təbiət münasibətinin yenidən gündəmə gəlməsinə səbəb olmuşdur.

Açar sözlər: insan, təbiət, incəsənət, modernizm, postmodernizm, fəlsəfə

 


Baxış: 106