DOI: https://doi.org/10.36719/2663-4619/114/161-164
Lalə Bəxtiyarlı
Azərbaycan Dövlət Pedaqoji Universiteti
magistrant
https://orcid.org/0009-0005-7405-0961
yusufovalala@gmail.com
Tədrisdə innovativ sinif idarəetməsi və dil bacarıqlarının inkişafı
Xülasə
Müasir sinif idarəetmə modelləri təhsilin keyfiyyətini artırmaq və şagirdlərin öyrənmə prosesində fəal iştirakını təmin etmək məqsədi daşıyır. Bu modellər arasında dəstək və inteqrasiya yanaşması, qayda və intizam modeli, eləcə də interaktiv və kommunikativ metodlar xüsusi əhəmiyyət daşıyır. Müəllim-şagird münasibətlərinin inkişaf etdirilməsi, dərs prosesində aydın qaydaların müəyyən edilməsi və interaktiv metodların tətbiqi effektiv sinif idarəetməsinin əsas şərtləridir.
Azərbaycan dili dərslərində bu yanaşmaların istifadəsi şagirdlərin dil bacarıqlarının inkişafına müsbət təsir göstərir. Fəal təlim metodları, debatlar, qrup işləri və rollu oyunlar şagirdlərin nitq vərdişlərini formalaşdırmağa kömək edir.
Ali təhsil müəssisələrində sinif idarəetməsi daha strateji yanaşma tələb edir. Burada interaktiv metodlar və innovativ idarəetmə yanaşmaları müəllim-şagird əməkdaşlığını gücləndirir və təhsilin səmərəliliyini artırır. Ümumilikdə, müasir sinif idarəetmə modellərinin tətbiqi tədris keyfiyyətini yüksəltməyə və şagirdlərin akademik nailiyyətlərini artırmağa töhfə verir.
Açar sözlər: sinif idarəetməsi, fəal təlim, interaktiv metodlar, nizam-intizam, dil bacarıqlarının inkişafı, kommunikativ yanaşma, təhsil idarəçiliyi