Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/123/97-100

Kifayət Hüseynova

Bakı Slavyan Universiteti

https://orcid.org/0009-0007-8823-5611

kifayat.dolxanova@yandex.com

 

Təhsil müəssisələrinin təkmilləşdirilməsində müasir İKT-dən istifadə

 

Xülasə

 

Məqalədə təhsil sahəsində informasiya-kommunikasiya texnologiyalarından (bundan sonra – İKT) istifadənin üstünlükləri və çatışmazlıqları təsvir edilmişdir. Müasir təhsil sistemində informasiya kommunikasiya texnologiyaları xüsusi yer tutur. Bir tərəfdən, onlar şagirdlərə materialı daha yaxşı mənimsəməyə kömək edir, çünki vizual məlumat həmişə daha sürətli və asan qəbul edilir. Digər tərəfdən, informasiya texnologiyalarından istifadə ənənəvi tədrisdə müəllimlərin üzərinə düşən yükü azaltmağa kömək edir. Bundan əlavə, proqram metodları təhsil və tərbiyə prosesinin fərdiləşdirilməsinə şərait yaradır. Fəaliyyətlərində İKT-dən istifadə edən təhsil müəssisələrinin bu gün qarşılaşdıqları problemlərin həlli interaktiv təlim sistemini mükəmməlliyə çatdırmağa, tədris prosesini uşaqlar üçün interaktiv texnologiyalardan istifadə etməklə daha sadə və daha əlçatan formada qurmağa imkan verəcəkdir.

Açar sözlər: informasiya-kommunikasiya texnologiyaları, kompüter, elektron kitabxana, təhsil sistemi

 


Baxış: 42