Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/122/74-82

Semral Təzəxanov

Azərbaycan Universiteti

magistrant

https://orcid.org/0009-0009-7068-0148

tezexanovs@gmail.com

 

Təhsil sistemində rəqəmsal transformasiyanın idarəetmə modelləri:

Azərbaycan və beynəlxalq təcrübələrin müqayisəli təhlili

 

Xülasə

 

Təhsil sistemində rəqəmsal transformasiya sürətlə baş verir və ölkələr bu prosesə uyğunlaşmaq üçün müxtəlif idarəetmə modelləri tətbiq edirlər. Bu məqalədə Azərbaycanın təhsil sistemində rəqəmsal transformasiyanın idarə olunması təcrübəsi Finlandiya və Sinqapur kimi qabaqcıl beynəlxalq nümunələrlə müqayisə edilir. Tədqiqatın məqsədi Azərbaycanda rəqəmsal transformasiya sahəsində mövcud vəziyyəti təhlil etmək, beynəlxalq təcrübənin əsas cəhətlərini üzə çıxarmaq və bu sahədə inkişaf üçün tövsiyələr verməkdir. Metodologiya kimi müqayisəli təhlildən istifadə olunaraq mövcud statistika və siyasət sənədləri araşdırılıb. Əldə edilən nəticələr göstərir ki, Azərbaycanda son illərdə rəqəmsal təhsil infrastrukturu və elektron resursların tətbiqi istiqamətində mühüm addımlar atılıb. Xüsusilə, COVID-19 pandemiyası dövründə “Virtual məktəb” layihəsi vasitəsilə 1,2 milyondan çox istifadəçini əhatə edən onlayn təhsil platforması yaradılıb. Lakin məktəblərin internet və kompüter təminatında hələ də müəyyən çatışmazlıqlar mövcuddur və müəllimlərin rəqəmsal bacarıqlarının artırılması sahəsində əlavə səylərə ehtiyac duyulur. Bunun müqabilində, Finlandiyada təhsil sistemində rəqəmsal transformasiya müəllimlərin yüksək peşəkarlığına və müasir pedaqogikaya inteqrasiya olunmuş milli strategiyalara əsaslanır. Sinqapurda isə hökumətin uzunmüddətli strateji planları və hərtərəfli investisiyaları sayəsində məktəblərdə rəqəmsal texnologiyaların tətbiqi demək olar ki, tam təmin edilib. Müqayisəli təhlil nəticəsində Azərbaycanın təhsil sistemində rəqəmsal transfor-masiyanın effektiv idarə olunması üçün beynəlxalq təcrübədən faydalanmanın vacibliyi vurğulanır. Bu tədqiqat həmçinin rəqəmsal transformasiyanın uğurlu idarə edilməsi üçün güclü liderlik, adekvat maliyyələşmə və müəllim hazırlığının əhəmiyyətini ortaya qoyur. Məqalənin sonunda ölkəmizdə rəqəmsal transformasiya prosesini sürətləndirmək məqsədilə daha sistemli strategiyaların tətbiqi, infrastrukturun yaxşılaşdırılması və müəllimlərin davamlı təliminin gücləndirilməsi kimi təkliflər irəli sürülür, qarşıdakı dövrdə bu istiqamətdə islahatların prioritetliyi vurğulanır.

Açar sözlər: rəqəmsal transformasiya, təhsil, idarəetmə modelləri, beynəlxalq təcrübə

 

 


Baxış: 361