Arxiv
ELMİ TƏDQİQAT - 2026 ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI:  https://doi.org/10.36719/2789-6919/55/73-78

Fatimə Qaralı

Azərbaycan Dövlət Pedaqoji Universiteti

https://orcid.org/0009-0009-2654-3293

fatimeqarali4@gmail.com

 

Təhsildə proqramlaşdırma dillərinin gələcəyi

 

Xülasə

 

Məqalədə təhsildə proqramlaşdırmanın tələbələrə sadə və anlaşıqlı şəkildə öyrədilməsi istiqamətində effektiv pedaqoji yanaşmalar tətbiq edilmişdir. Məqalədə ilkin proqramlaşdırma anlayışlarının şagird və tələbələr üçün çətinlik yaratmasının əsas səbəblərini təhlil edir və bu çətinliklərin aradan qaldırılması üçün praktik metodlar təklif edir. Eyni zamanda, tələbələrin problem həll etmə bacarıqlarının inkişaf etdirilməsi və alqoritmik düşüncənin formalaşdırılması üçün konstruktivist və fəaliyyətyönlü yanaşmaların üstünlükləri göstərilir. Tədqiqat nəticələri proqramlaş­dırmanın daha səmərəli və əlçatan şəkildə öyrədilməsi üçün müəllimlərə praktik tövsiyələr təqdim edir və bu istiqamətdə yerli, xarici təcrübələr öyrənilərək tədqiqata cəlb edilmişdir. Həmçinin, məqalədə anket sorğuların keçirilməsi üçün müəyyən formalar da təklif edilmişdir. Tədqiqatda təhsildə proqramlaşdırmanın tələbələrə sadə şəkildə öyrədilməsi məsələsini araşdırmaq üçün bir neçə elmi-metodoloji yanaşmadan istifadə edilmişdir. İlk olaraq mövzu üzrə aparılmış ədəbiyyat icmalı vasitəsilə proqramlaşdırmanın tədrisinə dair müasir metodlar, sadələşdirmə strategiyaları və pedaqoji modellər öyrənilmişdir. Daha sonra müşahidə metodu tətbiq edilərək real dərs prosesində tələbələrin çətinlikləri, müəllimlərin istifadə etdiyi izah və tədris üsullarının effektivliyi analiz olunmuşdur

Açar sözlər: proqramlaşdırmanın tədrisi, süni intellekt, alqoritmik düşüncə, başlanğıc proqram­laşdırma, pedaqoji metodlar, vizual alətlər

 

 


Baxış: 3