DOI: https://doi.org/10.36719/2706-6185/57/66-70
Qoşqаr Bəylərov
Аzərbаyсаn Dövlət Pеdаqoji Univеrsitеti
https://orсid.org/0000-0002-5411-1959
goshgаr.bаylаrov@gmаil.сom
Həsən Səmədov
Аnаdolu Univеrsitеti
https://orсid.org/0009-0009-5343-7605
hеsеnsеmеdov01@gmаil.сom
Təhsildə simvolik güc və sosial reproduksiya:
Pierre Bourdieu perspektivi
Xülasə
Bu məqalədə təhsil sahəsində simvolik güc və sosial reproduksiya münasibətləri Pierre Bourdieu-nun yanaşması əsasında təhlil edilmişdir. Tədqiqatın məqsədi meritokratiya diskursu çərçivəsində neytral təqdim olunan təhsil sisteminin sosial strukturlarla qarşılıqlı əlaqəsini, xüsusilə mədəni kapitalın paylanması və legitimləşdirilməsi mexanizmlərini üzə çıxarmaqdır. Məqalədə Bourdieu-nun habitus, mədəni kapital, sahə və simvolik güc anlayışları qarşılıqlı əlaqədə izah edilmiş və bu anlayışların təhsil sistemində sosial bərabərsizliyin necə təkrar istehsal olunduğunu anlamaq baxımından analitik potensialı göstərilmişdir. Təhsil sistemi formal olaraq bərabər imkanlar prinsipi üzərində qurulsa da, praktikada dominant sosial qrupların mədəni kapitalını universal norma kimi təqdim edir. Bu proses simvolik güc vasitəsilə həyata keçirilir və sosial fərqlər legitimləşdirilmiş formada yenidən istehsal olunur. Məqalədə qloballaşma və neoliberallaşma şəraitində təhsil mühitində baş verən dəyişikliklər təhlil olunmuşdur. Standartlaşdırılmış qiymətləndirmə, performans göstəriciləri və reytinqlər obyektiv görünsə də, bəzən mədəni üstünlüyə malik qrupların xeyrinə işlədiyi görülmüşdür. Təhsil sistemi həm sosial mobillik yaradan, həm də mövcud sosial iyerarxiyanı qoruyan paradoksal institut kimi qiymətləndirilir.
Açar sözlər: təhsil, simvolik güc, sosial reproduksiya, mədəni kapital, habitus, Pierre Bourdieu