Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: K.O. Ədilzadə 

Açar sözlər: təhsil, idarəetmə, prinsip.
Key words: education, management, principle
Ключевые слова: образование, управление, принцип
 

Təhsil biz insanlara obyektiv gerçəkliyin səbəbini öyrənmək,inkişaf etmək,bilik və bacarıqlar əldə etmək ümumilikdə düzgün seçimlər etmək üçün çox əhəmiyyətlidir. Müasir təhsil sosial praktikanın mürəkkəb bir forması olub indiki tarixi mərhələdə cəmiyyətin yeniləşdirilməsində və inkişafında qabaqcıl yer tutur. Təhsil bütöv bir sistemdir. Müasir təhsil sistemində təhsilin aşağıdakı rolunu və onun həlledici mahiyyətini əsas götürürlər.
-Təhsil ictimai praktikanın müstəqil forması, idarəetmə mexanizmi, təşkilati struktur və fəaliyyət sistemidir. Başqa sözlə, təhsil bütün sosial sferalarla əlaqəsi olan elə bir infrastrukturdur ki, o ,bir tərəfdən ictimai mühitin bütövlüyünü saxlayır, digər tərəfdənonun inkişafını təmin edir.
-Təhsil cəmiyyətin bütövlükdə, bəşəriyyətin tarixi-mədəni dəyərlərini formalaşdırma və inkişafetdirmə vasitəsidir.
-Təhsil tarixi-mədəni təcrübəni, insanların həyat tərzini və yaşam qaydalarını, onların ümumi həyatının norma və dəyərlərini zaman-zaman qoruyub saxlayır.


Baxış: 4084