Arxiv
QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

https://doi.org/10.36719/2706-6185/43/74-79

Könül Niftəliyeva

Bakı Dövlət Universiteti

filologiya üzrə fəlsəfə doktoru

kenul.nifteliyeva@gmail.com

https://orcid.org/0000-0003-3565-5421

 

Təkistiqamətli informasiya axını: beynəlxalq kommunikasiyada

qeyri-mütənasibliyin səbəbləri

 

Xülasə

 Kommunikasiya insanların kollektiv və ya cəmiyyətdə özünü ifadə etməsinə imkan verən əsas amillərindən biridir. Bu proses insanı bioloji varlıqdan sosial varlığa çevirir. Məqalədə bu prosesin inkişaf mərhələləri araşdırılır. Araşdırmada fərdi və sosial-mədəni olaraq iki formada inkişaf edən bu prosesin insanların ehtiyaclarını ödəmək və əldə etdikləri mirasın gələcək nəsillərə ötürülməsi ardıcıllığı müxtəlif formada təhlil edilir. Kommunikasiya prosesi həyata keçirilmə formasından, növündən, təsirindən, istiqamətindən və s. asılı olmayaraq, ümumilikdə, mənbə, mesaj, kanal (va­sitə) və hədəf (qəbuledici) olmaqla dörd mərhələdən təşkil olunur. Məqalədə kommunikasiyanın gerçəkləşməsində əsas vasitələrdən biri hesab edilən medianın rolundan söhbət açılır.

Eyni zamanda təktərəfli informasiya axınına qarşı ikitərfli informasiya axını anlayışının da araşdırmaya cəlb olunub. Təktərəfli xəbər və ya informasiya axınını güc və texnologiyaya sahib olan inkişaf etmiş ölkələrdən digərlərinə doğru hərəkət edən bir proses olaraq xaraketirizə edilir. İkitərfli informasiya axını isə mənbə və hədəfin bir-birlərinə təsir etməsinə imkan verən və demokratik prinsiplərə əsaslanan ideal kommunikasiya növü olaraq göstərilir. Dünyada informasiya və xəbər axınının sosial dəyərlər çərçivəsində və əsas kommunikasiya prinsiplərinə uyğun şəkildə həyata keçirilməsi ictimaiyyət üçün vacib olduğu vurğulanır.

Açar sözlər: media, kommunikasiya, kommunikasiya strategiyası, qeyri-mütənasiblik, informa­siya axını, informasiya cəmiyyəti, qloballaşma


Baxış: 67