Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

 

Tələbəyönümlü təlim: müasir təhsildə prinsiplər, modellər və üstünlüklər

 

Fəqanə Əhmədova1* Изображение выглядит как круг, логотип, Графика, Шрифт

Содержимое, созданное искусственным интеллектом, может быть неверным., Nairə Məmmədova2 Изображение выглядит как круг, логотип, Графика, Шрифт

Содержимое, созданное искусственным интеллектом, может быть неверным., Şəfəq Rzayeva2 Изображение выглядит как круг, логотип, Графика, Шрифт

Содержимое, созданное искусственным интеллектом, может быть неверным.

 

Xülasə. Son dövrlərdə təhsil mühitində köklü transformasiyalar baş verir və bu dəyişikliklərin mərkəzində tələbəyə yönəlmiş tədris Metodlarlarının tətbiqi dayanır. Bu yanaşma, biliklərin ötürülməsində müəllimin dominant rol oynadığı ənənəvi mühitdən, tələbələrin idraki proseslərdə fəal iştirakçı olduğu daha çevik və dinamik bir sistemə keçidi təmin edir. Bologna Prosesinin strateji hədəflərinə söykənən və Avropa Keyfiyyət Təminatı Standartları (ESG) ilə tənzimlənən bu model tələbələrin müstəqilliyini, analitik mülahizə yürütmə qabiliyyətini və əməkdaşlıq bacarıqlarını ön plana çəkir. Eyni zamanda, bu yanaşma fərdiləşdirilmiş təhsil imkanlarını genişləndirərək hər bir tələbənin fərdi xüsusiyyətlərini, maraq dairəsini və öyrənmə tempini nəzərə almağa imkan verir. Müasir tədris modelləri sırasında “çevrilmiş sinif” (Flipped Classroom), layihə əsaslı təhsil (Project-Based Learning – PBL) və tədqiqat yönümlü öyrənmə (Inquiry-Based Learning – IBL) xüsusi əhəmiyyət kəsb edir. Bu modellər tələbələrin tənqidi düşünmə, problem həlletmə və müstəqil qərarvermə bacarıqlarını inkişaf etdirir. Tədqiqatda həmçinin formative qiymətləndirmənin rolu, davamlı geri bildirim mexanizmləri, tələbə refleksiyası və kurikulumun fərdi ehtiyaclara uyğunlaşdırılması məsələləri geniş şəkildə təhlil edilir. Bu amillər təhsilin keyfiyyətinin artırılmasında mühüm rol oynayır.

 

Açar sözlər: tələbə mərkəzli tədris (SCL), fəal öyrənmə, pedaqoji innovasiya, tənqidi düşüncə, Bologna prosesi


Baxış: 52