DOI: https://doi.org/10.36719/2789-6919/44/201-204
İsrail Məmmədov
Azərbaycan Texnologiya Universiteti
texnika üzrə fəlsəfə doktoru
https://orcid.org/0009-0001-9703-7007
memmedovisrayıl19@gmail.com
Tamaşa Əliyeva
Azərbaycan Texnologiya Universiteti
magistrant
https://orcid.org/0009-0007-3298-3661
tamashaaliyeva1@gmail.com
Telekommunikasiya sənayesində süni intellekt ilə avtomatik diaqnostika inteqrasiyasının
gələcək perspektivləri
Xülasə
Telekommunikasiya sənayesi, son illərdə texnoloji inqilabların əsas mərkəzlərindən birinə çevrilib. Şəbəkələrin genişlənməsi, 5G texnologiyasının tətbiqi və bulud texnologiyalarının yayılması ilə birlikdə, telekommunikasiya infrastrukturları daha mürəkkəb və dinamik bir quruluşa malik olub. Bu mürəkkəbliyin idarə edilməsi və problemlərin tez bir zamanda aşkar edilərək həll edilməsi üçün suni intellekt və avtomatik diaqnostika sistemləri getdikcə daha çox əhəmiyyət kəsb edir. Avtomatik diaqnostika sistemləri, telekommunikasiya şəbəkələrindəki uğursuzluqları və performans problemlərini real vaxtda aşkar etmək üçün suni intelekt alqoritmlərindən istifadə edir. Bu sistemlər, şəbəkə loglarını, sensor məlumatlarını və istifadəçi şikayətlərini təhlil edərək, problemlərin mənbəyini dəqiq müəyyənləşdirə bilir.
Açar sözlər: Süni intelekt alqortimləri, avtomatik diaqnostika, nəzarətli öyrənmə, OTDR cihazı, şəbəkə texnologiyaları