Arxiv
QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

DOI:  https://doi.org/10.36719/2706-6185/47/112-116

Rübabə Məmmədova

Naxçıvan Dövlət Universiteti

https://orcid.org/0000-0003-2892-2974

rubabem@yahoo.com

 

Təlim fəaliyyətinin psixoloji prosesi

 

Xülasə

 

Mövcud təlim sistemi daha çox illustrative izahat prinsipinə istinad edir. Bu sistem şagirdlərə müəyyən bilikləri mənimsətmək, onlara bir sıra vərdişlər aşılamaq imkanı verir. Təlim prosesinin əsas məqsədi bilik verməkdir. Bəzən təlim prosesində yüksək göstəricilərə nail ola bilmirik. Bunun səbəbini bəziləri şagirdlərdə, bəziləri müəllimlərdə, bəziləri isə təlim üsullarının şagird və müəllimlərin tələbatını lazımi səviyyədə ödəyə bilməməsində görürlər. Bəziləri də təlim üsullarının müvəffəqiyyətli həyata keçirilməsinə mane olan əsas səbəblərdən birini də sosial amillərdə görürlər. Təlim prosesində qazandığımız müvəffəqiyyətsizliyin əsas səbəblərini təlimin psixoloji mexanizmlərini, onu psixoloji cəhətdən necə idarə etməyi, şagirdin psixi inkişafında təlimin nə kimi rol oynadığını bilməməyimizdən irəli gəlir. Müşahidələr göstərmişdir ki, uşaqların idrak imkanları mövcud proqramların nəzərdə tutduğundan çox genişdir. Uşağın bilik əldə etmək imkanları geniş olsa da, hüdudsuz deyildir. Uşağın bilik əldə etmək imkanları geniş olsa da, hüdudsuz deyildir. Təlimin son nəticəsi, təkcə xarici amillərlə deyil, həm də daxili amillərlə şərtlənir. Bu iki amil vəhdət təşkil etdikdə təlim müvəffəqiyyətlə nəticələnir.  Məqalədə təlim prosesində şagirdlərlə işləyərkən onlara psixoloji yanaşma üsullarından danışılır.

Açar sözlər: təlim prosesi, üsulları, mexanizmi, psixi inkişaf, müşahidə, tədqiqat


Baxış: 54