Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/116/87-89

Samirə Hüseynova

Azərbaycan Universiteti

https://orcid.org/0009-0005-8365-3828

samira.huseynova@au.edu.az

 

Tənliklər sistemləri ilə problemlərin həlli, alqoritmlər və strategiyalar

 

Xülasə

 

Tənliklər sistemləri riyaziyyatda və tətbiqi sahələrdə qarşıya çıxan müxtəlif problemlərin həlli üçün mühüm alətdir. Bu sistemlərin köməyi ilə birdən çox dəyişən arasında qarşılıqlı əlaqələr modelləşdirilir və uyğun həll yolları tapılır. Mövcud alqoritmlər və strategiyalar bu tənliklər sistemlərinin növündən – xətti və ya qeyri-xətti olmasından – asılı olaraq dəyişir. Xətti tənliklər sistemləri üçün Gauss metodu, Kramer qaydası, matrisa üsulu kimi klassik yanaşmalar geniş istifadə olunur. Qeyri-xətti sistemlərin həlli isə iterativ metodlar, qrafik yanaşmalar və sayısal üsullarla həyata keçirilir. Bu strategiyalar müxtəlif sahələrdə – mühəndislik, iqtisadiyyat, fizika və kompüter elmlərində effektiv qərar qəbuletmə prosesini təmin edir. Beləliklə, tənliklər sistemlərinin həllinə dair alqoritmlərin və strategiyaların düzgün seçilməsi problemin təbiətindən asılı olaraq optimal nəticələrin əldə olunmasına imkan verir.

Açar sözlər: tənliklər sistemləri, xətti tənliklər, qeyri-xətti tənliklər,  matrisa üsulu, alqoritm, strategiya, riyazi modelləşdirmə


Baxış: 441