DOI: https://doi.org/10.36719/2789-6919/48/31-37
Leyla Əliyeva
Abant İzzət Baysal Universiteti
pedaqogika üzrə fəlsəfə doktoru
https://orcid.org/0000-0001-7490-4035
leyla_aliyeva08@mail.ru
Tərcümə vasitəsilə mədəni dialoqun əks olunmasında
dil şəxsiyyətinin rolu
Xülasə
Bu tədqiqat işində mədəniyyətlərin dialoqu kontekstində dil şəxsiyyətinin rolu tərcümə va¬sitəsilə araşdırılır. Qloballaşma və aktiv mədəniyyətlərarası qarşılıqlı əlaqə şəraitində tərcümə yal¬nız bir dildən digərinə məlumat ötürülməsinin texniki prosesi deyil, həm də mədəni dialoqun for¬malaşması və əks olunması üçün güclü bir üsuldur. Bu prosesin mərkəzi fiquru nüfuzu, dünyagö¬rüşü və mədəni mənşəyi ilə tərcümənin son nəticəsinə və bu səbəbdən əcnəbi mədəniyyətin qavra¬nılmasına həlledici təsir göstərən tərcüməçinin dil şəxsiyyətidir. Bu mürəkkəb və incə prosesdə tərcüməçinin dil şəxsiyyəti ön plana çıxaraq fərdi xüsusiyyətləri, idrak münasibətləri, dəyər yöntəmləri və mədəni təcrübələri əcnəbi mədəniyyətin oxucu tərəfindən necə qəbul edilməsinə həlledici təsir göstərən mərkəzi fiqur olur.
Açar sözlər: dil şəxsiyyəti, mədəniyyətlərarası ünsiyyət, mədəniyyət, mətn, tərcüməçi, şəxsiyyət