Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/125/8-12

Sədaqət Həsənova

Naxçıvan Dövlət Universiteti

filologiya elmləri doktoru

https://orcid.org/0009-0002-9996-6229

sedagethesenova@gmail.com

 

Tərkibində real şəxs adları işlənən atalar sözlərinin

linqvistik xüsusiyyətləri

 

Xülasə

 

Azərbaycan dilində atalar sözləri xalqın müdrikliyinin, tarixi yaddaşının və sosial münasibət-lərinin mühüm ifadə formasıdır. Bu janrda müxtəlif onomastik vahidlərdən, xüsusilə də real şəxs adlarından geniş istifadə olunur. Real tarixi və ya dini şəxsiyyətlərin adlarının atalar sözlərində işlənməsi bu vahidlərə əlavə semantik dərinlik, tarixi-mədəni rəngarənglik və ifadə gücü qazandırır. Adların mənşəyinin və istifadəsinin tədqiqi xalqların tarixi və kimliyi barədə dərin məlumat verir. Tarixi adların qorunması və öyrənilməsi bir xalqın dil və mədəniyyət tarixini anlamaq üçün vacibdir. Arxeoloji tapıntılar dəyərli məlumat mənbələri təqdim etsə də, bunlar danışılan dili müəyyənləşdirməyə qadir deyildir. Atalar sözləri şəxs adlarının danışıq dilindən birbaşa götürüldüyünü və dil tarixinin öyrənilməsi üçün etibarlı mənbə rolunu oynadığını nümayiş etdirir. Onların tərkibindəki adlar daha incə və dərin bir baxış təqdim edir. Belə ki, onlar tarixə dair bir sıra fikirləri aydınlaşdıraraq keçmişin daha aydın mənzərəsini canlandıra bilir. Məqalədə real şəxs adlarının xalq təfəkküründə daşıdığı simvolik və ideoloji məna qatları təhlil edilir.

Açar sözlər: atalar sözləri, şəxs adları, onomastika, linqvistik təhlil, semantika

 

 


Baxış: 79