Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI: https://doi.org/10.36719/2789-6919/52/89-93

Elnarə Babayeva

Odlar Yurdu Universiteti

magistrant

https://orcid.org/0009-0009-0056-8513

elnarababayeva2000@gmail.com

 

Təşkilati səmərəliliyin formalaşmasında motivasiya və məqsədlər arasındakı qarşılıqlı təsir

 

Xülasə

 

Müasir təşkilatların effektivliyi birbaşa şəkildə kadrların potensialından səmərəli istifadədən asılıdır. Bu baxımdan motivasiya təşkilati nəticələrin yaxşılaşdırılmasında əsas təsir amili kimi qiymətləndirilir. Təşkilatın strateji prioritetləri ilə kadrların şəxsi hədəfləri arasında uyğunluğun təmin edilməsi həm fərdi, həm də kollektiv səviyyədə müsbət nəticələr yaradır. Motivasiya mexanizmi əsasən üç təməl komponent ətrafında qurulur: təşkilat tərəfindən müəyyən edilən strateji hədəflər, kadrların fərdi təlabatları və onların peşəkar fəaliyyətdə göstərdikləri səylər. Bu komponentlər arasında optimal balansın yaradılması təşkilatın uğuruna töhfə verən əsas amildir. İş mühitində peşəkar inkişaf fürsətləri və işdən əldə olunan məmnunluq səviyyəsi motivasiya prosesinə birbaşa təsir göstərir. Səmərəli motivasiya sistemi yalnız kadrların məhsuldarlığının artırılması ilə məhdudlaşmır, həm də təşkilatın davamlı inkişafına şərait yaradır. Müasir biznes şəraitində uğur qazanmaq üçün təşkilati məqsədlərlə fərdi hədəflərin uyğunlaşdırılması prioritet şərt kimi qəbul edilir. Bu uyğunluğun təmin edilməsi strateji planlaşdırma, sistemli yanaşma və davamlı monitorinq tələb edən kompleks proses kimi qiymətləndirilir. Təşkilatların uzunmüddətli uğuru üçün motivasiya mexanizmlərinin daim yenilənməsi və kadrların dəyişən tələblərinə uyğunlaşdırılması zəruri hesab olunur.

Açar sözlər: motivasiya, təşkilati məqsədlər, iş məmnuniyyəti, performans, rəqabət qabiliyyəti, işçi sədaqəti, təşkilati inkişaf

 


Baxış: 12