Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

 

Təsviri incəsənət dərslərində dərs-söhbət metodunun pedaqoji əhəmiyyəti

 

Emilya Həsənova

 

Xülasə. Məqalədə təsviri incəsənət fənninin tədrisində dərs-söhbət metodunun pedaqoji əhəmiyyəti, tətbiq imkanları və şagirdlərin idrak fəallığının inkişafına təsiri araşdırılmışdır. Tədqiqatın məqsədi bu metodun təlim prosesində səmərəli istifadəsinin nəzəri və praktik əsaslarını müəyyənləşdirmək, üstün və zəif cəhətlərini təhlil etmək, həmçinin təsviri incəsənət dərslərində yaradıcı təfəkkürün, estetik zövqün və kommunikativ bacarıqların inkişafına təsirini qiymətləndirməkdir. Tədqiqat zamanı elmi-pedaqoji ədəbiyyatın təhlili, müqayisəli təhlil və ümumiləşdirmə metodlarından istifadə edilmişdir. Araşdırma göstərir ki, dərs-söhbət metodu şagirdlərin müstəqil düşünməsini, bədii əsərləri təhlil etməsini, fikir mübadiləsində fəal iştirakını və yaradıcı fəaliyyətini stimullaşdırır. Portret janrının tədrisi nümunəsində metodun tətbiqi izah edilmiş, müəllim–şagird əməkdaşlığının təlimin keyfiyyətinə müsbət təsiri əsaslandırılmışdır. Müəyyən edilmişdir ki, dərs-söhbət metodunun müasir interaktiv təlim yanaşmaları ilə birlikdə tətbiqi təsviri incəsənət dərslərinin səmərəliliyini artırır və şagirdlərdə estetik dünyagörüşün, bədii təhlil bacarıqlarının, yaradıcı təfəkkürün və ünsiyyət kompetensiyalarının formalaşmasına mühüm töhfə verir. Bu metod şagirdlərin dərsə marağını artırır, fəal öyrənmə mühitinin formalaşmasını dəstəkləyir və əldə olunan biliklərin praktik fəaliyyətə tətbiqini daha da səmərəli edir.

 

Açar sözlər: təsviri incəsənət, dərs-söhbət metodu, idrak fəallığı, yaradıcı təfəkkür, estetik tərbiyə


Baxış: 3