Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI:  https://doi.org/10.36719/2789-6919/46/114-117

Elvin Məsizadə

Azərbaycan Dövlət İqtisad Universiteti

magistrant

https://orcid.org/0009-0004-7679-2777

nselvin578@gmail.com

 

Təxirəsalınmış vergi tərifi, yaratdığı problemlər, həlli yolları və təqdim etdiyi imkanlar

 

Xülasə

 

Təxirə salınmış vergi cari dövrdə vergi hesablamalarına daxil edilməyən, lakin gələcək dövrlərdə vergiyə cəlb olunacaq məbləğlərə aiddir. Bu vəziyyət mühasibat uçotu və vergi təcrübəsi arasındakı müvəqqəti fərqlərdən yaranır. Təxirə salınmış vergilər maliyyə hesabatlarına təxirə salınmış vergi aktivləri və öhdəlikləri kimi daxil edilir. Vergi öhdəlikləri gələcəkdə ödəniləcək vergiləri təmsil edir; vergi aktivləri gələcəkdə əldə ediləcək vergi üstünlüklərini əks etdirir.

Təxirə salınmış vergi praktikasında rast gəlinən əsas problemlərdən biri sistemin mürəkkəb strukturudur. Şirkətlərin gələcək maliyyə vəziyyətlərini təxmin edərək hesablamalar aparması qeyri-müəyyənlikləri və yanlış qiymətləndirmə risklərini də gətirir. Bundan əlavə, vergi qanunvericiliyində tez-tez dəyişikliklər və mühasibat uçotu standartlarında ölkələr arasında fərqlər təxirə salınmış vergi hesablamalarında uyğunsuzluqlara səbəb ola bilər.

Bu problemləri həll etmək üçün beynəlxalq maliyyə hesabatı standartlarına (məsələn, BMHS və ya GAAP) uyğun gələn şəffaf və ardıcıl mühasibat sistemlərindən istifadə edilməlidir. Bundan əlavə, maliyyə analitiklərinin və auditorların bu mövzuda ixtisaslaşması və mütəmadi olaraq təlim keçməsi böyük əhəmiyyət kəsb edir.

Düzgün tətbiq edilən təxirə salınmış vergi sistemi müəssisələrə müxtəlif üstünlüklər verir. Bu sistem gələcək vergi yüklərinin daha dəqiq planlaşdırılmasını və maliyyə hesabatlarının daha real və etibarlı olmasını təmin edir. O, həmçinin investorlara daha dəqiq məlumat əldə etməyə kömək edir və şirkətin uzunmüddətli maliyyə sabitliyini qoruyur.

Açar sözlər: təxirə salınmış, mühasibat uçotu, vergi, investor, hesabatlılıq



Baxış: 39