DOI: https://doi.org/10.36719/2706-6185/46/163-166
Aysel Qazıbəyova-Məmmədova
Azərbaycan Tibb Universiteti
https://orcid.org/0009-0004-6238-676X
kazibekova94@gmail.com
Tibb Universitetində ingilis dilinin tədrisi: xüsusiyyətlər və problemlər
Xülasə
Müasir dünyada ingilis dilini bilmək yalnız zamanın tələbi deyil, eyni zamanda müasir mütəxəssisin xüsusiyyətlərinin mühüm tərkib hissəsidir. Kifayət qədər yüksək səviyyədə (B2-C1) ünsiyyət bacarıqları təkcə xarici universitetlərdən olan həmkarlarının nitqini başa düşmək imkanını deyil, eyni zamanda beynəlxalq konfranslarda, forumlarda iştirak etmək, əsas beynəlxalq elmi jurnallarda elmi məqalələr dərc etmək və s. imkanları da verir. Tibb Universitetində müəllimlərin qarşısında kifayət qədər çətin bir vəzifə durur: tələbələrə ingilis dilinə marağı necə aşılamaq, onların qorxu və inamsızlığını aradan qaldırmaq, onlara fikirlərini düzgün ifadə etməyi öyrətmək, onlara elmi konfranslarda ilk çıxış təcrübəsini vermək və ilk elmi məqalələrini yazdırmaq.
Açar sözlər: aktiv öyrənmə formaları, səlahiyyətlər, motivasiya, stress müqaviməti, ingilis dili, ünsiyyət bacarıqları