https://doi.org/10.36719/2789-6919/42/83-87
Əli Əliyev
Azərbaycan Dövlət İqtisad Universiteti
magistrant
https://orcid.org/0009-0000-4536-6944
ali.aliyev.11.11.2002@gmail.com
Ticarət və iqtisadi obyektlərin inkişafı üçün innovativ modellər
Xülasə
Bildiyimiz kimi, müasir dövrdə inkişaf etməkdə olan bir sıra sahələr vardır ki, bunlardan da ən öndə olanı iqtisadiyyatdır. Bu sahədə innovativ üsulların tətbiqi və onların tətbiqi mexanizmi xüsusi aktuallıq kəsb edir. Məqalədə iqtisadi inkişafın sürətləndirilməsi üçün tətbiq edilən yeni yanaşmalar, texnoloji yeniliklər və bazar strukturunun modernləşdirilməsi ilə bağlı müasir tendensiyalar araşdırılır. İnnovativ modellərin iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən ticarət, sənaye və xidmət sektorlarına necə inteqrasiya olunduğu müzakirə olunur. Bundan əlavə, məqalədə innovasiya və rəqabət üstünlüyünün iqtisadi subyektlərin inkişafına necə təsir etdiyi, müasir ticarət strategiyalarının qlobal və yerli bazarlarda uğurlu tətbiqi üçün önəmli faktorlar qeyd edilir. Ticarət və iqtisadi obyektlərin davamlı inkişafı üçün bu modellərin tətbiqinin faydaları, həmçinin qarşılaşdığı çətinliklər və maneələr təhlil edilir. Ümumilikdə, məqalə ticarət və iqtisadi obyektlərin inkişafı üçün innovativ yanaşmaların əhəmiyyətini vurğulayan və bu sahədə gələcək tədqiqat və tətbiqlər üçün tövsiyələr təqdim edən bir araşdırmadır. Məqalədə bu aspektdən sistemli şəkildə təhlillər aparılmış, təklif və tövsiyələr qeyd edilmişdir.
Açar sözlər: iqtisadiyyat, ticarət, model, innovasiya, tətbiq