Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

Toponimikanın elmlər sistemində yeri və fənlərarası inteqrasiyasının metodoloji əsasları

 

Gülbəniz Mehdiyeva

 

Xülasə. Məqalədə toponimikanın elmlər sistemindəki yeri, onun dilçilik, tarix və coğrafiya elmləri ilə inteqrasiyalı əlaqəsi təhlil edilir. Tədqiqatda toponimikanın yalnız bir fənn çərçivəsində öyrənilməsinin yetərsizliyi əsaslandırılır və həm məkan paylanmasını, həm də dil təkamülünü əhatə edən kompleks metodoloji yanaşmaya söykənən müstəqil elm sahəsi kimi öyrənilməsinin zəruriliyi vurğulanır. Müəyyən tədqiqatçılar öz araşdırmalarında toponimikanı coğrafiyanın tərkib hissəsi hesab etsə də, digər bir qrup alim coğrafi adların dil vahidi olmasına əsaslanaraq onun dilçilik çərçivəsində tədqiqini müdafiə edir. Məqalədə Azərbaycan toponimləri misalında coğrafi adların yaranması, semantikası, morfoloji quruluşu və müxtəlif mədəni dövrlər üzrə tarixi inkişaf dinamikası araşdırılır. Xüsusilə, toponimlərin formalaşmasında sözdüzəldici şəkilçilərin rolu və onların məhsuldarlıq dərəcəsinin məhz tarixi dilçilik metodları ilə müəyyənləşdirilməsi izah olunur. Tədqiqat çərçivəsində V.A. Nikonov, A.V. Marakuyev, V.A. Juçkeviç, E.M. Murzayev və B. Şmilauer kimi alimlərin nəzəri baxışlarına istinad edilmiş, yerli toponimlər və "Alban tarixi" əsərindən gətirilən nümunələr əsasında coğrafi adların tarixi və etnolinqvistik əhəmiyyəti regional irs kontekstində daha geniş müstəvidə işıqlandırılmışdır.

 

Açar sözlər: toponimika, toponim, coğrafi adlar, tarixi dilçilik, onomastika, morfoloji quruluş, Azərbaycan toponimləri

 


Baxış: 2