Arxiv
ELMİ TƏDQİQAT - 2026 ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

 

Triple Helix innovasiya ekosistemində rəqabət üstünlüyünün formalaşmasında süni intellektə əsaslanan qiymət strategiyalarının rolu

 

Fidan Səfərova Изображение выглядит как круг, логотип, Графика, Шрифт

Содержимое, созданное искусственным интеллектом, может быть неверным.

 

Xülasə. Bu tədqiqat Triple Helix modeli çərçivəsində qiymət strategiyalarının rəqabətqabiliyyətli inkişafa təsirini araşdırır və innovasiyaya əsaslanan iqtisadi artımın təşviq edilməsində dövlət, universitet və sənaye arasında qarşılıqlı əməkdaşlığın rolunu ön plana çıxarır. Müasir bilik iqtisadiyyatında qiymət strategiyaları artıq ənənəvi maya dəyərinə əsaslanan yanaşmaların hüdudlarını aşaraq innovativ məhsul və xidmətlərin kommersiya­laşdırılması, bazarda yayılması və istehlakçılar tərəfindən qəbul edilməsini təmin edən mühüm strateji alətlərə çevrilmişdir. Tədqiqat çərçivəsində dəyər əsaslı qiymətqoyma, dinamik qiymətqoyma və psixoloji qiymətqoyma mexanizmlərinin müəssisələrin bazar mövqeyinin gücləndirilməsi, istehlakçıların dəyər qavrayışının formalaşdırılması və innovasiya fəaliyyətinin səmərəliliyinin artırılmasında rolu təhlil edilmişdir.

Araşdırmada universitetlərin yeni bilik və texnologiyalar yaratdığı, sənayenin həmin elmi nəticələri kommersiya məhsullarına çevirdiyi, dövlətin isə əlverişli hüquqi, institusional və maliyyə mühiti formalaşdırdığı əməkdaşlıq əsaslı innovasiya ekosistemlərinin əhəmiyyəti xüsusi vurğulanır. Bu ekosistem daxilində qiymət qərarları texnologiya transferi proseslərinə, elmi tədqiqat nəticələrinin kommersiyalaşdırılmasına və müəssisələrin uzunmüddətli rəqabət qabiliyyətinin təmin edilməsinə əhəmiyyətli təsir göstərir.

 

Açar sözlər: Triple Helix modeli, süni intellekt əsaslı qiymət strategiyaları, innovasiyaların kommersiyalaşdırılması, rəqabət üstünlüyü, davamlı iqtisadi inkişaf


Baxış: 4