DOI: https://doi.org/10.36719/2663-4619/122/115-122
Aynur Əliyeva
Heydər Əliyev adına Hərbi İnstitut
https://orcid.org/0000-0003-1173-8898
aynur.197025@gmail.com
Nəzirə Bayramova
Heydər Əliyev adına Hərbi İnstitut
https://orcid.org/0009-0006-7155-3536
nazira.bayramova@gmail.com
Triqonometrik tənliklərin həllərinin birləşməsi və kəsişməsi
Xülasə
Məqalədə triqonometrik tənliklərin həll çoxluqlarının birləşməsi və kəsişməsi məsələləri araş-dırılır. Belə tənliklərin bir neçə həll seriyasına malik ola bilməsi və bu seriyaların bir-birinin alt çoxluğu və ya ortaq elementlərə malik olması halları təhlil edilir. Müəlliflər bu həllərin analitik üsullarla vahid düstur şəklində ifadə olunmasının üsullarını təqdim edirlər. Əldə olunmuş həllərin birləşməsi, həllərin kəsişməsinin vahid çevrə üzərində təsviri vasitəsilə həll çoxluqları sistemləş-dirilir. Həmçinin, eynigüclü tənlik anlayışı və tənliklər heyətinin ümumi həll formasına gətirilməsi üçün şərtlər müəyyən edilir. Nümunələr üzərində aparılan təhlillər nəticəsində göstərilir ki, kəsişən və ya üst-üstə düşən həll seriyalarının birləşdirilməsi ilə əldə olunan həll daha sadə və ümumi ifadələr formasında təqdim oluna bilər. Təqdim olunan yanaşma triqonometrik tənliklərin həllində vahidlik və səmərəliliyin artırılmasına xidmət edir.
Açar sözlər: triqonometrik tənlik, həll seriyaları, çoxluq, vahid çevrə, tənliklər heyəti, eynigüclü tənlik