DOI: https://doi.org/10.36719/2789-6919/57/138-141
Rəna Heydərova
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Coğrafiya İnstitutu
aqrar elmlər üzrə fəlsəfə doktoru
https://orcid.org/0009-0007-4249-970X
heyderova435@gmail.com
Tullantıların təkrar emalından hazırlanmış yeni üzvi gübrələrin
torpağın ekoloji göstəricilərinə təsiri
Xülasə
Hazırda mineral gübrələrlə yanaşı, tullantılardan üzvi gübrələrin hazırlanması gündəmdədir. Tədqiqat işində təcrübə qoyulan ərazinin torpaq iqlim şəraitinin tədqiqi aparılmış, torpağın aqrokimyəvi xüsusiyyətləri öyrənilmişdir. Həmçinin, tədqiqat aparılacaq ərazinin aqrofiziki və su-fiziki xüsusiyyətlərinin tədqiqi aparılmış və alınan nəticələr cədvəllərdə qeyd olunmuşdur. Təcrübə aparılan ərazidə müxtəlif tərkibli üzvi gübrələrin k/t bitkiləri altında torpaqda qida elementlərinin dinamikasına təsiri və üzvi gübrələrin k/t bitkiləri altında torpağın struktur göstəricilərinə təsiri öyrənilmişdir. Tədqiqat ərazisi olaraq Ucar ərazisində yerləşən Ucar Dayaq Məntəqəsi seçilmişdir.
Açar sözlər: üzvi gübrə, ekoloji təmiz mühit, kompost, münbitlik, torpaq