Arxiv
QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

https://doi.org/10.36719/2706-6185/43/25-31

Xatirə Hüseynova

Bakı Dövlət Universiteti

filologiya üzrə fəlsəfə doktoru

hatirebsu@gmail.com

 https://orcid.org/0000-0003-0697-380X

 

Türk dünyası ortaq media platformaları – üstünlükləri və perspektivləri

 

Xülasə

Çağdaş dövrdə medianın gücü və onun ötürdüyü informasiyanın ictimai təsiri mübahisə doğura bilməz. Kommunikasiya prosesində doğru məlumatı əldə etmək üçün etibarlı mənbələrə ciddi ehti­yac duyulur. Medianın səmərəli fəaliyyəti auditoriyanı saxta xəbərdən qoruyaraq, dəqiq və qə­rəzsiz məlumatın ötürülməsinə imkan verir. 44 günlük Vətən müharibəsi dönəmində Azərbaycan həqi­qətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Türkiyə mediasının güclü dəstəyi özünü göstərdi. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, böyük Türk tarixinin, mədəniyyətinin, incəsənətinin dünəni, bu günü və sabahı ilə bağlı, Türk coğrafiyasında baş verən ictimai-siyasi hadisələrlə əlaqə­dar məlumatların əməkdaşlıq çərçivəsində yayımlanması üçün yeni mexanizmlərin yaranması va­cibdir. Məqalədə ortaq media platformasının üstünlükləri, informasiya mübadiləsindəki faydası, dezinformasiya ilə birgə mübarizədə səmərəli işin qurulması, mədəni təcrübə mübadiləsində, həm­çinin mədəni inteqrasiyada, dilin qorunmasında, təhsil səviyyəsinin yüksəldilməsində rolu araş­dırılır, perspektivlər göstərilir.

Açar sözlər: Türk dünyası, ortaq media platforması, ortaq türk mədəniyyəti, mədəni inteqrasiya, dezinformasiya


Baxış: 79