Arxiv
QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

https://doi.org/10.36719/2706-6185/43/17-24

Qulu Məhərrəmli

Bakı Dövlət Universiteti

 filologiya elmləri doktoru

 meherremli@gmail.com

 https://orcid.org/0000-0002-8104-8588

 

Türk dünyası üçün ortaq dil problemi haqqında

 

Xülasə

XXI əsrin əvvəllərində formalaşmış yeni dünya düzənində “türk” amilinin meydana çıxması ye­ni siyasi, iqtisadi reallıqlarla yanaşı, rahat ünsiyyət üçün “ortaq dil” problemini də aktuallaş­dırmışdır. Hazırda dövriyyədə olan və nəzəri cəhətdən xeyli cazibədar görünən “ortaq türk dili yaratmaq” məsələsinin gündəmi zəbt etməsi məhz buradan qaynaqlanır. Problemin məğzi bundan ibarətdir ki, müxtəlif coğrafiyalarda qərar tutmuş, fərqli dili, dini, siyasi sistemi olan ölkələrdə yaşayan təxminən 180 milyona yaxın türk əsilli insan eyni və vahid ortaq dildə danışaraq asan ünsiyyət qursunlar. Yəni oğuz və qıpçaq türkləri bir-bilərini rahat başa düşsünlər, onlara qardaş sa­lamı yetirən çuvaşlar, qaqauzlar, yakutlar, karaimlər, tatarlar, uyğurlar və başqa türkdillilər də nə­inki bu dildə asanlıqla canlı ünsiyyətə girsinlər, hətta eyni əlifba sayəsində eyni cür də yazsınlar. Təbii ki, mövcud mədəni-humanitar şəraitdə bu ideyanın gerçəkləşməsi məmnunluq yaradardı. Amma “bu proses necə olacaq”, “mümkündürmü”, “realdırmı” kimi suallar ortaya xeyli suallar çı­xarır. “Bəs bu yeni ortaq dil nə vaxt və necə yaradılacaq”, “ümumiyyətlə, tarixdə eyni kökdən olan xalqların ünsiyyət üçün yeni dil yaradılması təcrübəsi mövcuddurmu” sualları da bu gün çox aktualdır.

Təqdim olunmuş məqalədə bu suallar tarixi-sosial tələbat baxımından araşdırılır, problemin mahiyyəti, tarixçəsi, fərqli yanaşmalar barədə bilgilər verilir. Oxşar soylar arasında ortaq dil məsələsinin necə həll olunması tarixi təcrübə baxımından izah olunur.

Açar sözlər: ana dili, ədəbi dil, leksik lay, linqvistika, müştərək dil, ortaq türkcə


Baxış: 72