DOI: https://doi.org/10.36719/2706-6185/47/12-15
Bircə Bayramova
Bakı Dövlət Universiteti
tarix üzrə fəlsəfə doktoru
https://orcid.org/0009-0002-9427-6333
birjabayramova@bsu.edu.az
Türkmənçay müqaviləsi (1828) və Zəngəzurun Rusiya İmperiyasının
tərkibinə qatılması mənbələrdə
Xülasə
Türkmənçay müqaviləsinin mətnlərində Azərbaycan ərazisinə aid coğrafi yer adlarının təhrif edilməsinə Azərbaycan tarixşünaslığında az diqqət olunmuşdur. Bunu nəinki tarixşünaslığımızda ön sıralara çıxarmaq, hətta beynəlxalq miqyasda da yaymaq tarixçi tədqiqatçıların mənəvi borcudur. Çünki unudulmamalıdır ki, “coğrafi məkan həyat tərzini yaradır. Bir etnik qrup başqa əraziyə köçürülürsə, təbii proseslərə uyğunlaşması müəyyən zaman tələb edir”. Ancaq ermənilərin Azərbaycan topraqlarının erməniləşdirilməsi, coğrafi adların təhrif olunması onların öncədən hazırlamış olduqları məkrli siyasət planı idi. Zəngəzur bölgəsi də həmin siyasətin bir parçası idi. Türkmənçay sülh müqaviləsi ilə Zəngəzurun ərazisi coğrafi nöqtələri iki imperiya arasında süni parçalandı, etnik qruplarda bölünməsi prosesi baş verdi, Zəngəzur Rusiyanın Ermənistanla Azərbaycan arasında tampon zona yaratmaq planının bir hissəsinə çevrildi. Bununla erməniləşdirilmə siyasəti açıq elan edildi.
Açar sözlər: Zəngəzur bölgəsi, Türkmənçay müqaviləsi, əhalinin köçürülməsi, erməni vilayəti, Qafqaz, coğrafi mövqe, demoqrafik proseslər