Arxiv
QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

DOI: https://doi.org/10.36719/2706-6185/53/58-64 

Sabir Əhmədov

Bakı Dövlət Universiteti

doktorant

https://orcid.org/0009-0008-5261-4553

sabir.ahmadov@bsu.edu.az

 

Üç kommünike və onların Asiya-Sakit Okean

regionunda təhlükəsizliyə təsiri

 

Xülasə

 

Məqalədə Asiya-Sakit Okean regionunun təhlükəsizlik kontekstində Çin ilə ABŞ arasında imzalanan “Üç Kommünike”nin tarixi əhəmiyyəti və regiona təsiri araşdırılır. Asiya-Sakit Okean regionu (ASR) özünün strateji və iqtisadi əhəmiyyətinə görə ABŞ-ın xarici siyasətində mərkəzi mövqe tutur. Regiondakı maraqlarını təmin etmək üçün Vaşinqton Asiyanın ən güclü və nüfuzlu dövləti olan Çin Xalq Respublikası (ÇXR) ilə münasibətlərini normallaşdırmağa və onun artan hərbi və iqtisadi imkanlarından irəli gələn təhdidləri azaltmağa çalışır. Bu cəhətdən 1960-cı illərin sonlarında iki dövlət arasında münasibətlərin normallaşması üçün əlverişli geosiyasi şərait yarandı. Belə ki, kommunist bloku daxilində yaranmış parçalanma həm ABŞ, həm də ÇXR üçün xarici siyasət prioritetlərini yenidən işləmək üçün əlverişli mühit yaratdı.

Çin üçün ABŞ ilə yaxınlaşma Sovet İttifaqını tarazlaşdırmaq və strateji tərəfdaş qazanmaq üçün fürsət təqdim edirdi, ABŞ üçün isə bu, Asiya-Sakit Okean regionunda siyasi, iqtisadi və təhlükəsizlik məqsədlərini həyata keçirmək üçün bir vasitə idi. 1970-ci illərin əvvəllərindən etibarən Çin–ABŞ münasibətlərinin tədricən normallaşması başladı. Bu yaxınlaşmanın zirvə nöqtəsi isə 1970-ci və 1980-ci illərin əvvəllərində iki hökumət arasında üç birgə kommünikenin imzalanması olmuşdur. Qərb tarixşünaslığında bu sənədlərə ümumi ad olaraq “Üç Kommünike” deyilir. Bu sənədlər müasir ABŞ–Çin münasibətlərinin təməl daşı olmaqla yanaşı, həmçinin Asiya-Sakit Okean regionunun təhlükəsizlik sisteminin formalaşmasında həlledici rol oynamışdır.

Açar sözlər: ABŞ, ÇXR, Çin, Tayvan, ASR, Asiya-Sakit Okean regionu, kommünike


Baxış: 17