Arxiv
ELMİ TƏDQİQAT - 2026 ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI: https://doi.org/10.36719/2789-6919/53/131-136 

Rafiq İbrahimov

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

texnika üzrə fəlsəfə doktoru

https://orcid.org/0000-0002-1093-6369

rafiq.ibrahimov@yahoo.com

Nəzrin Səmədzadə

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

magistrant

https://orcid.org/0009-0004-2429-758X

nzrnsemedzade@gmail.com

 

Üfüqi quyuların qazılması zamanı azimutun ölçülməsi cihazlarının tədqiqi

 

Xülasə

Məqalədə göstərilir ki, üfüqi quyular üçün maqnitometrə əsaslanan qazıma zamanı ölçmə (MWD) sistemi üçoxlu akselerometrlərdən və maqnitometrlərdən istifadə etməklə qazma prosesi zamanı quyudibində inhirafetdirici qurğusunun azimutunu müəyyən edir. Geomaqnit qurgusunun azimutlamaq üçün qazıma məhlulunun istifadəsi zamanı güclü maqnit müdaxiləsinə həssasdır və buna görə də giroskoplu maqnitometrə əsaslanan MWD sistemindən istifadə etdikdə nəzərdə tutulmuş azimutun qiymətləndirilməsi üçün fırlanma norması məhdudlaşdırıcı filtrləmə (RNCF) metodu təklif olununmuşdur.

Məqalədə göstərilmişdir ki, birincisi, çıxışı maqnitometr üçlüyünün tərəfindən müşahidə edilən yeni bir maqnitli dinamik sistemi istənilən geomaqnit vektorunun Koriolis tənliyi əsasında hazırlanması məqsədəuyğun sayılmışdır. İkincisi, qısamüddətli qazıma prosesi zamanı müdaxilə olunmayan geomaqnit vektorun normasının sabit kimi yaxınlaşdırıla biləcəyini nəzərə alaraq, Kalman filtrinə normanın məhdudlaşdırılması proseduru daxil edililmişdir. Giroskop içəridə yerləşən bir giroskopdur və giroskopik effektə görə oxu həmişə ilkin istiqamətə paraleldir, buna görə də faktiki istiqamət ilkin istiqamətdən sapma ilə hesablana bilər. Mobil telefondakı giroskop əslində içərisində ultra kiçik bir giroskop olan çox mürəkkəb bir çipdir. Akselerometr mobil telefonun qəbul etdiyi sürətlənmənin böyüklüyünü və istiqamətini aşkar etmək üçün istifadə olunur. Mobil telefon hərəkətsiz olduqda, o yalnız cazibə qüvvəsinin sürətlənməsinə məruz qalır.

Açar sözlər: qazıma aləti, qazıma zamanı ölçmə, azimut, qazıma məhlulu, geomaqnit sahə


Baxış: 32