Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI:  https://doi.org/10.36719/2789-6919/45/165-167

Suray Ömərova

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

magistrant

https://orcid.org/0009-0001-7735-9041

surayomrova@gmail.com

 

Uilyam Şekspirin məşhur pyesləri Azərbaycan səhnəsində

 

Xülasə

 

Azərbaycan teatr tarixinə nəzər yetirdikdə görürük ki, məşhur ingilis dramaturqu Uilyam Şekspirin pyesləri ötən əsrin əvvəllərindən Azərbaycan teatrlarında hazırlanmağa başlanmışdır. İntibah dövrünün görkəmli nümayəndələrindən hesab edilən U.Şekspirin əsərlərində humanizm, azadlıq ideyaları əsas yer tutur. Azərbaycanda keçən əsrin başlanğıcından etibarən U.Şekspirin əsərləri tərcümə edilmişdir və istedadlı aktyorlar tərəfindən səhnədə oynanılmışdır. Keçmişdən günümüzə qədər teatr rejissorlarımız U.Şekspirin əsərlərinə tez-tez müraciət ediblər. Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov, Azər Paşa Nemətov, Vaqif İbrahimoğlu, Bəhram Osmanov U.Şekspirin məşhur pyesləri əsasında maraqlı tamaşalar hazırlayıblar. Dramaturqun əsərləri insan ruhunun dərinliklərinə təsir etdiyinə görə teatr tamaşaçıları üçün maraqlı olmuşdur. Qeyd edə bilərik ki, U.Şekspirin əsərləri bu gün də öz aktuallığı ilə seçilir. Dramaturqun “Maqbet”, “Otello”, “Romeo və Cülyetta”, “On ikinci gecə”, “Hamlet”, “Kral Lir” kimi pyesləri səhnəmizdə ən çox qoyulan tamaşalardandır. Müasir dövrdə də U.Şekspirin əsərləri əsasında fərqli üslubda tamaşalar hazırlanır və dahi dramaturqun pyesləri teatrlarımızın repertuarını zənginləşdirir.

Açar sözlər: pyes, dramaturq, teatr tarixi, rejissor, aktyor, humanizm


Baxış: 72