Arxiv
ELMİ TƏDQİQAT - 2026 ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI: https://doi.org/10.36719/2789-6919/64/183-197

 

Ümumi mülkiyyət anlayışının və növlərinin normativ ifadəsi: Azərbaycan hüququ və müxtəlif hüquq sistemlərinin müqayisəli təhlili

 

İsmayıl Qəribli Изображение выглядит как круг, логотип, Графика, Шрифт

Содержимое, созданное искусственным интеллектом, может быть неверным.

Xülasə. Ümumi mülkiyyət eyni əşya üzərində iki və ya daha çox şəxsin mülkiyyət hüququnun mövcudluğu ilə səciyyələnən və hüququn həyata keçirilməsinin xüsusi təşkilini tələb edən çoxsubyektli hüquqi rejimdir. Tədqiqatın məqsədi Azərbaycan hüququnda ümumi mülkiyyət anlayışının, paylı və birgə mülkiyyət növlərinin normativ ifadəsini sistemləşdirmək və həmin tənzimləməni seçilmiş xarici hüquq sistemləri ilə müqayisə etməkdir. Təhlilə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə yanaşı Mənzil, Torpaq və Ailə məcəllələri, ipoteka, mənzil fondunun özəlləşdirilməsi, ailə kəndli təsərrüfatı, notariat və daşınmaz əmlakın dövlət reyestri haqqında qanunvericilik daxil edilmişdir. Müqayisəli hissədə Türkiyə, İsveçrə, Almaniya, Avstriya və Fransa hüququnun normativ və doktrinal modelləri nəzərdən keçirilmişdir. Nəticələr göstərir ki, Azərbaycan hüququnda ümumi mülkiyyət ayrıca mülkiyyət forması deyil, vahid hüquqi obyekt üzərində mülkiyyət hüququnun subyekt tərkibinin çoxluğu ilə xarakterizə olunan rejim kimi çıxış edir. Pay əşyanın fiziki hissəsini deyil, mülkiyyət hüququnda iştirakın hüquqi ölçüsünü ifadə edir, birgə mülkiyyət isə iştirakçıları birləşdirən xüsusi hüquqi ümumiliklə əlaqələnir. Müqayisəli təhlil əsasında Mülki Məcəllədə paylı mülkiyyətin ayrıca normativ tərifinin verilməsi və əsas əşyaya ayrılmaz bağlı payların hüquqi rejiminin ümumi səviyyədə dəqiqləşdirilməsi təklif olunur.

 

Açar sözlər: mülkiyyət hüququ, ümumi mülkiyyət, paylı mülkiyyət, birgə mülkiyyət, pay, çoxsubyektli mülkiyyət, ipoteka, ailə əmlakı

 

 

 

 

 

 

 

 

 

 

 


Baxış: 8