https://doi.org/10.36719/2789-6919/40/56-60

Lalə Məmmədova

Azərbaycan Dövlət Pedaqoji Universiteti

lale_memmedova95@bk.ru

https://orcid.org/0009-0004-0683-7191

 

Universal öyrənmə dizayn prinsiplərinin təlim prosesində müsbət rolu

 

Xülasə

Təlim mühitinin universallığı, müxtəlif öyrənənlər üçün uyğun olan və onların fərqli ehtiyac­larına cavab verən bir təlim mühiti yaratmaq prosesini ifadə edir. Təlim mühitinin universallığı ilk öncə bütün şagirdlər üçün ədalətli və əlçatan diferensial təlim mühitinin yaradılmasını nəzərdə tutur.

İnklüziv təhsildə diferensial təlim mühiti, hər bir şagirdin fərdi ehtiyaclarını və qabiliyyətlərini nəzərə alaraq təhsil prosesini uyğunlaşdırmağı məqsəd qoyur. SİM uşaqların müxtəlif kateqoriyaları üzrə təlim prosesinə adaptasiya etmək üçün universal dizayn yanaşmasından istifadə etməklə düzgün və səriştəli sinif strategiyasını qurmaq mümkündür. Düzgün qurulan strategiya vasitəsilə müəllim təlim prosesində istənilən nəticəyə nail ola bilir, şagirdlərin hər birini dərsə cəlb edə bilir, şagirdlər arasında əməkdaşlıq, ünsiyyət də formalaşdırmaq mümkündür. Universal dizayna əlilliyi olan şəxslər üçün müvafiq şərait yaradan yardımçı cihazlar, digər dəstəkləyici sistemlər və tənzimləmələr daxildir. Universal öyrənmə dizaynı nəyisə dəyişmək yox, əksinə öyrənmə mühitinin yaradılmasına xidmət edir. O, öyrənməyə mane olan səddləri aradan qaldırmağa və ya azaltmağa xidmət edir. Bu maneələri aradan qaldırmağın yolu isə öyrənmə məqsədinə çatmaq üçün çevikliyə yönəlmiş öyrənmə mühiti yaratmaqdır.

Açar sözlər: sağlamlıq imkanları məhdud, təlim prosesi, universal öyrənmə, strategiya, prinsiplər


Baxış: 247